Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib


Baxıldı : 402

Tarix : 2015-01-31 04:23:00


Yanvarın 27-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə\ Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı\ nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sahələrində əldə edilən uğurlardan bəhs olunur.Prezident İlham Əliyev deyib ki, ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Bu amilin arxasında isə iqtidarla xalq arasında olan birlik dayanır. İqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkəÖlkə başçısı əvvəlki illərdə qəbul olunan birinci və ikinci Dövlət Proqramı haqqında danışaraq qeyd edib ki, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə uğurlu nəticələrə nail olunub. Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Əlbəttə ki, dövlət öz siyasətini aparır, bu il və gələn illərdə investisiya proqramı icra ediləcək. Sahibkarlara kömək davam etdiriləcək, quruculuq-abadlıq, infrastruktur layihələrinin icrası təmin ediləcək, ancaq yerlərdə dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri birgə çalışmalıdırlar ki, işlər daha da sürətlə getsin.Daha sonra Prezident deyib ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olub. Bu müddət ərzində ümumi daxili məhsulumuz 3,4 dəfə, sənaye istehsalı isə 2,7 dəfə artıb. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün biz nə qədər ehtiyat yığmışıq! Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz ildən-ilə valyuta ehtiyatlarımızı artırmışıq. Bu, ilk növbədə bizə böyük inam verir, eyni zamanda kredit reytinqlərimizi artırır. Bununla bərabər, bu, bir sığortadır. İstənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bunu hər bir insan gündəlik həyatında hiss edir, çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsin. Bu imkanlar heç kimdən asılı olmadan qazanılıbÖlkə başçısı bildirib ki, son 11 il ərzində 1 milyon 360 min yeni iş yeri yaradılıb, onlardan 1 milyonu daimi iş yeridir. Əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşüb, yoxsulluq da 5 faiz səviyyəsindədir. Bütün bu imkanlar iqtisadi və siyasi cəhətdən heç kimdən asılı olmadan əldə olunub. İqtisadiyyatımızın güclü və dayanıqlı olması sosial islahatların təməlini təşkil edir. Məhz bunun sayəsində 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollar, orta aylıq pensiya 24 dollar idisə, hazırda 221 dollardır. Sosial infrastruktur layihələri son on bir ildə uğurla icra olunub. 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib, regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılıb, məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülüb. Bu məqsədlər üçün 2 milyard manat, yəni 2,6 milyard dollar vəsait ayrılıb. Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. İnfrastruktur layihələrinə böyük diqqət göstərilib və görülən işlər göz qabağındadır. Liderlik keyfiyyəti məhz Azərbaycana məxsusdurDövlət başçısı Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP, Bakı-Tiflis-Qars kimi nəhəng enerji və nəqliyyat layihələrinin Azərbaycanın gücünü daha da artırdığını vurğulayıb. \ İnfrastruktura, real sektora vəsait qoyulmalıdır. Eyni zamanda ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq\ - deyən dövlət başçısı qeyd edib ki, vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar: \ Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur\ . Ölkə başçısı regionda aparılan bütün beynəlxalq layihələrdə liderlik keyfiyyətinin məhz Azərbaycana məxsus olduğunu deyib. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, \ Şahdəniz\ , TANAP, TAP, \ Cənub\ qaz dəhlizi - bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tiflis-Ceyhan 2006-cı ildə istifadəyə verilib, dəhliz yaradılıb. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt \ Cənub\ qaz dəhlizi icra edilməyəcəkdi. Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını qeyd edən prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makroiqtisadi sabitliyin qorunub saxlanılmasının zəruri olduğunu diqqətə çatdırıb: \ Görülən işlər zamanı israfçılığa yol verilməməlidir. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınıb. Bu il məktəblərin, səhiyyə ocaqlarının və zəruri infrastruktur layihələrin icrası davam etdiriləcək, iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcək. Eyni zamanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstək verilməsi də prioritet sahələr sırasındadır\ .Vətəndaş-məmur münasibətlərində də nümunəvi ölkə sayılmalıyıqDövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal edilən məhsulların xarici bazarlara çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, eyni zamanda istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması barədə də tapşırıqlar verib. Ekoloji vəziyyət və turizmin inkişafından söz açan Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı əldə olunan uğurları qeyd edib və deyib ki, \ vətəndaş-məmur münasibətlərində də Azərbaycan nümunəvi ölkə olmalıdır\ . İ.Əliyev nitqində dünyadakı son prosesləri də dəyərləndirib: \ Bir il ərzində dünyada müxtəlif hadisələr baş verib, müxtəlif proseslər gedib. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlayıb. Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik. Deyə bilərəm ki, heç kim bizə kömək etməyib. İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi, yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər. Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıb. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıb və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Biz bunu da bilirik\ .Manat sabit olaraq qalmalıdırPrezident İlham Əliyev, gedən son iqtisadi proseslərə baxmayaraq, milli valyutamız olan manatın məzənnəsinin sabit qaldığını bildirib. Deyib ki, dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. 1 manat -1 avro. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək və bu insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir. Müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın. Maliyyə resurslarımız kifayət qədər böyükdür. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Bu göstəriciyə görə bəlkə də biz dünyada birinci 10 ölkənin arasındayıq. Bütün işləri daxili resurslar hesabına görmüşük. Azərbaycan uğurlara öz imkanları hesabına, təkbaşına nail olubPrezident deyib ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın reytinq göstəricilərini artırıb: \ Davos İqtisadi Forumu ölkəmizi iqtisadi göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan uğurlara öz imkanları hesabına, təkbaşına nail olub. İqtisadi güc siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqları qorumağa imkan yaradır. Azərbaycandan fərqli olaraq Ermənistan aciz duruma düşüb. Kriminal rejimin rəhbərlik etdiyi Ermənistan öz çirkin işğalçılıq niyyətindən əl çəkməyəcəyi təqdirdə bu ölkənin müstəmləkə durumu daha da dərinləşəcək\ . İlham Əliyev çıxışında məmurların fəaliyyətinə də toxunub: \ Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb\ . Prezident qeyd edib ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir: \ Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır\ .Prezident bildirdi ki, bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın.