Regionlara 4 milyard manat vəsait yönəldilib


Baxıldı : 268

Tarix : 2015-01-24 05:40:00


Azərbaycan hökumətinin regionların inkişafı ilə bağlı həyata keçirdiyi siyasət dövlət maliyyə dəstəyi ilə yanaşı, yerli şirkətlərin, bankların və maliyyə-kredit təşkilatlarının öz imkanları hesabına vəsaitlər ayırması bölgələrə kredit qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2014-cü ildə regionlara kredit təşkilatları və banklar tərəfindən yönəldilmiş kredit portfelinin ümumi həcmi 4 milyard manata yaxın olub. İqtisadiyyat və Sənaye Nazirliyindən bildirildiyinə görə, ötən il regionlarda iqtisadi rayonlar üzrə kreditləşmənin və dövlətin maliyyə ayırmalarının artması 100-lərlə yeni müəssisənin yaranmasına səbəb olub və 200 mindən çox yeni iş yeri açılıb. Həmçinin regionlarda innovativ sahibkarlığın stimullaşdırılması, yeni sənaye layihələrinin həyata keçirilməsi, bölgələrdə sənaye məhəllələrinin, texnoparkların və biznes-inkubatorların yaradılması istiqamətində də mühüm işlər görülüb. ELBRUS