Regionlarda iş yerlərinin sayı artır


Baxıldı : 162

Tarix : 2016-07-15 10:09:00


2016-cı ilin birinci yarısı regionların inkişafı baxımından əlamətdar olub və ötən altı ayda bölgələrdə 78 min iş yeri açılıb. Dövlətin həyata keçirdiyi səmərəli investisiya siyasəti və təmin edilən əlverişli biznes işgüzar mühiti yerli və xarici investorların regionlara marağının ilbəil artması üçün mühüm rol oynayıb.Yerli şirkətlərin, bankların və maliyyə-kredit təşkilatlarının öz imkanları hesabına vəsaitlər ayırması hesabına da öz mühüm nəticələrini göstərməkdədir. Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, Asiya İnkişaf Bankı, xarici ölkələrin tanınmış şirkətləri bölgələrdə sənaye, aqrar-sənaye müəssisələrinin, sənaye məhəllələrinin, texnoparkların və biznes-inkubatorların yaradılması istiqamətində də mühüm işlər görülüb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, ötən dövrdə regionlara iqtisadi rayonlar üzrə kreditləşmənin və dövlətin maliyyə ayırmalarının artması 100-lərlə yeni müəssisənin yaranmasına səbəb olub və nəticədə bölgələrdə 10 ay ərzində 110 mindən çox yeni iş yeri açılıb. Hazırda ölkəmizdə Sumqayıt Texnologiyalar Parkı fəaliyyət göstərir, Sumqayıt Kimya Sənayesi, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili, Neftçalada sənaye məhəlləsinin, eləcə də rayonlarda aqrar parkların yaradılması istiqamətində müvafiq işlər aparılır.S. Məmmədov qeyd edib ki, regionlardakı qeyri-neft ehtiyatlarının istehsal imkanlarını artırmaq, istifadə edilməmiş iqtisadi və təbii resursları istehsala cəlb etmək, elmtutumlu rəqabətqabiliyyətli milli istehsalı formalaşdırmaq, elmin istehsala inteqrasiyasını daha da gücləndirmək əsas strateji tədbirlər hesab olunur. Yaxın gələcəkdə regionlardakı iqtisadi sərvətlərin və qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi hesabına milli gəlirin iki dəfə artırılması nəzərdə tutulur. ELBRUS