Regionlarda İKT səviyyəsi yüksəlib


Baxıldı : 196

Tarix : 2015-11-06 04:32:00


Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) dünya ölkələrində internet və kommunikasiya xidmətlərinin vəziyyətinə dair yeni hesabatını açıqlayıb. Sənədə əsasən, Azərbaycan İKT səviyyəsinə görə, yaxşı islahat aparan ölkələr qrupunda yer alıb. Təşkilat bildirir ki, Azərbaycan ölkə ərazisinin 100% 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Rəqəmli televiziya yayımına keçidin tam təmin edilməsi respublikamızın həmin bu sahə indeksi üzrə 50 ölkəsi sırasına daxil olmasına imkan verib. Ölkədə həyata keçirilən \ Milli genişzolaqlı internetin inkişafı layihəsi\ bütün rayonlarda, o cümlədən ucqar yaşayış məntəqələrində sürətli internetin verilməsinə səbəb olacaq ki, bu da Azərbaycanın İKT-nin ən inkişaf etmiş dövlətlər sırasında yer almasına səbəb olacaq. Telekommunikasiya İttifaqı bildirir ki, Azərbaycanda regionların inkişafı daim diqqət mərkəzində saxlanılır və regionlarda İKT xidmətlərinin inkişafı və əhalinin onlardan istifadə imkanlarının artırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Genişzolaqlı internet infrastrukturu, həmçinin bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib.Hazırda Azərbaycan hökuməti regionlarda \ e-hökumət\ həllərinin geniş tətbiqi və \ bir pəncərə\ prinsipi ilə elektron xidmətlərin təşkili, həmçinin cəmiyyətin bütün üzvlərinin İKT savadlılığının artırılması istiqamətində tədbirlərə xüsusi önəm verilir. Bakı şəhəri və 15 bölgədə fəaliyyət göstərən \ Elektron Hökumət\ təlim-tədris mərkəzləri yaradılıb. Vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının artırılması üçün regionlardakı 45 poçt şöbəsində elektron köşklər qurulub.ELBRUS