"Regionun neft ixracatçıları arasında Azərbaycan iqtisadiyyatı ən az təsirlənənlərdən olacaq"


Baxıldı : 190

Tarix : 2020-04-14 15:27:25


 

Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə verdiyi yeni proqnoza əsasən, bu il sözügedən region ölkələrinin ÜDM-i 2,8% azalacaq.

 BVF-nin “World Economic Outlook” hesabatında göstərilir ki, regionun təkcə neft ixrac edən ölkələrinin iqtisadiyyatları ortalama 3,9% kiçiləcək. ÜDM-nin ən kəskin azalması İran və Əlcəzairdə gözlənir. BVF-yə görə kiçilmə müvafiq olaraq, 6% və 5,2% səviyyəsində olacaq.

Sözügedən regionun neft ixracatçıları içində ÜDM-i ən az təsirlənən Küveyt, Azərbaycan və Türkmənistan olacaq. BVF-nin proqnozlarına görə, cari il Küveyt və Azərbaycanın iqtisadiyyatı müvafiq olaraq 1,1% və 2,2% azalacaq, Türkmənistan iqtisadiyyatı isə 1,8% artacaq.