Relslər üzərində villa


Baxıldı : 79

Tarix : 2017-05-05 22:20:16


“East Japan Railway Co." şirkətinin hazırladığı qatarlar 10 vaqondan ibarətdir. Amma buna qatar demək haqsızlıq olardı - relslər üzərində villa demək daha münasibdir. Lüks qatarın ən lüks vaqonunda 10 min dollara Yaponiyanın Tokio şəhərindən Xokkaydo şəhərinə getmək olar. Qatarın iki vaqonu şüşədən ibarət olduğu üçün zəngin turistlər təbiət gözəlliyini tam mənzərə ilə seyr edə biləcəklər.

Biletlərin baha olmasına baxmayaraq, yerlər doludur, hətta 2018-ci ilin martınadək boş yer tapmaq mümkün olmayacaq.

Azər MUSTAFAYEV