Rəngarəng layihələrlə yadda qalacaq


Baxıldı : 30

Tarix : 2019-01-07 05:04:02


Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə dəyirmi masa təşkil edib. Tədbiri giriş sözü ilə açıq elan edən komitə sədri, dosent Daşqın Qənbərov  dedi ki, 2018-ci il həmkarlar təşkilatımızın fəaliyyətində səmərəli və rəngarəng tədbirlərlə yadda qalacaq. O, bu günü ümumilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının qloballaşan dünyada monolitliyini təmin etmək məqsədilə təsis etdiyini bildirdi. D.Qənbərov cənab Prezident İlham Əliyev tərəfindən də Azərbaycan xalqının vahidliyi, birliyi məqsədilə həyata keçirilən siyasəti, diaspor təşkilatlarımıza verdiyi dəstəyi xüsusi qeyd edib.

Tədbirdə digər çıxışlar da oldu.

Sonda 2018-ci il ərzində universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup tələbəyə THİK-in Fəxri Fərmanı və pul mükafatları təqdim olunub.