Rənglər xasiyyəti deyir


Baxıldı : 57

Tarix : 2017-07-21 23:36:24


İngiltərədə aparılan bir tədqiqat insanların üstünlük verdiyi rənglərin onun xasiyyətini əks etdirdiyini ortaya çıxarıb. Psixoloqlara görə, isti və soyuq adı altında iki qrupa bölünən rəngləri seçən insanın xarakterini bu rəngə əsasən müəyyən etmək olar.

İsti rənglər olaraq qəbul edilən sarı, qırmızı və narıncı rəngi sevən insanlar istiqanlı, ünsiyyətcil və dostluğa sadiq olduğu halda, soyuq rəng olan bənövşəyi, mavi və yaşılı sevənlər isə tam əksinə, ünsiyyətdən qaçan, insanlar çox olan yerlərdə az-az görünməyə çalışan insanlar olduğu bildirilir.

Psixoloqlar rənglərə əsasən xüsusiyyətləri aşağıdakı kimi müəyyən ediblər.

Qırmızı rəngi sevənlər dostluğa və ünsiyyətə meyilli, hər an bağışlamağa hazır olur.

Sarı rəngi sevənlər intellektual, məntiqli və eyni zamanda əməksevərdirlər.

Narıncı rəngi sevənlər cəsur, macərapərəst, gülməyi və güldürməyi çox sevirlər.

Yaşıl rəngi sevənlər güclü mühakimə yürütmək qabiliyyətli, eyni zamanda mülayim və kömək etməyi sevən bir xarakterə sahib olurlar.

Mavi rəng sadiqlik və məsuliyyətin göstəricisidir.

Qara rəngə üstünlük verənlər özünə hörmət və ətrafındakılardan da bunu tələb edən güclü iradəyə malik insanlardır.

Ağ rəngi sevənlər isə saflıq və məsumluq hisslərinə sahibdirlər.

Azər MUSTAFAYEV