Rəsm müsabiqəsi keçirilib


Baxıldı : 45

Tarix : 2019-03-04 04:39:26


Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qax Rayon Komitəsi ilə birgə “Xocalı əsrin faciəsidir” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə dərnək üzvləri və məktəb şagirdləri iştirak edib.

Uşaqların çəkdikləri şəkillər peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin rəyinə görə, Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Papiaşvili Kaxaber I yerə, Ağyazlı kənd tam orta məktəbinin şagirdi Elvina Mahmudova II yerə, Qum kənd tam orta məktəbinin şagirdi Alsu Cuməlizadə III yerə layiq görülüb.

Qaliblərə TİAHİ Qax Rayon Komitəsinin tərifnamələri və qiymətli hədiyyələri verilib.