Respublika birinciliyi davam edir


Baxıldı : 51

Tarix : 2018-11-23 21:12:31


“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta təhsil müəssisələri tələbələri arasında keçirilən Respublika birinciliyi davam edir. Təqvim planına uyğun olaraq, bu dəfə stolüstü tennis ( oğlanlar və qızlar) üzrə yarışlar təşkil olunub. Bu idman növü üzrə yarışlar Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında baş tutub.

Oğlanlar arasında keçirilən stolüstü tennis idman növü üzrə yarışda 6 komanda iştirak edib. Bütün rəqiblərinə qalib gələn Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası birinci olub. İkinci yeri Bakı İdarəetmə və Texnologiya Kolleci tutub. 2 saylı Bakı Baza Tibb Kolleci isə üçüncü yerdə qərarlaşıb.

Tələbə qızlar arasında baş tutan  stolüstü tennis idman növü üzrə yarışın qalibi adına 2 saylı Bakı Baza Tibb Kolleci layiq görülüb. Azərbaycan  Dövlət Pedaqoji Kolleci və Bakı İdarəetmə və Texnologiya Kollecinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.