Respublika Gününə həsr olunmuşdur


Baxıldı : 104

Tarix : 2017-05-26 23:57:15


Bakı Qida Sənaye Kollecində Respublika Gününə həsr olunmuş minifutbol və nərd yarışları keçirilib. Tələbələrin iştirak etdikləri minifutbol yarışlarında “İaşə və servis” şöbəsinin "Gənclik" və “BQSK” komandaları finala vəsiqə qazanıb. Final qarşılaşmasında oyun "Gənclik" komandasının 5:4 hesabı ilə başa çatıb. Komandanın üzvləri Vüsal Quliyev, Nicat Xudafirmzadə, Murad Quliyev, Məhəmməd Məmmədov, Mirsəməd Salahov, Əli Məhərrəmov və İntiqam Qayıbov daha fəal oynayıblar.

Sonda qaliblər mükafatlandırılıblar.

***

Nərd yarışında isə kollecin 10 müəllimi çempionluq uğrunda mübarizə aparıb. İki həftə davam edən yarışların sonunda birinci yeri fiziki tərbiyə müəllimi Akif Kərimli tutub. Kollecin tədris hissə müdiri Adil Tapdıqov ikinci, təsərrüfat işləri üzrə direktor müavini İlqar Zərbəliyev isə üçüncü olub.

Yarışda  fəxri yer tutan müəllimlər kollecin həmkarlar ittifaqı komitəsi tərəfindən pulla mükafatlandırılıb.

Azər MUSTAFAYEV