Respublika Spartakiadası davam edir


Baxıldı : 37

Tarix : 2017-10-27 23:19:58


"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XX Respublika Spartakiadası davam edir. Spartakiadanın proqramına uyğun olaraq artıq voleybol və kəndirdartma yarışları yekunlaşıb.

Voleybol yarışları 19-20 oktyabr tarixində Milli Aviasiya Akademiyasının idman zalında keçirilib. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası bütün rəqiblərindən üstün olub və fəxri kürsünün ilk pilləsinə qalxıb. İkinci yeri Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçiləri tutublar. Aviasiya işçilərinin komandası isə üçüncü yerlə kifayətlənməli olub. 

Oktyabrın 25-26-da Yasamal futbol meydanında kəndirdartma yarışları təşkil olunub. Yarışın yekun nəticəsinə görə, müdafiə sənayesi işçilərinin komandası ən güclü tərəf olub və qalib adını qazanıb. Aviasiya işçiləri ikinci sırada qərarlaşıb. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının komandası isə ilk üçlüyü tamamlayıb.

Qalib komandalara diplom və qiymətli hədiyyələr təqdim olunub.

 

Azər MUSTAFAYEV