Respublika turnirinə vəsiqə qazanıblar


Baxıldı : 47

Tarix : 2017-10-20 17:41:34


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər  arasında sərbəst güləş üzrə Bakı şəhər birinciliyi keçirilib.

Yarışda 1998- 2000-ci il təvəllüdlü  68 idmançı 8 çəki dərəcəsi üzrə mübarizə aparıb.   

"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin 6 idmançısı paytaxt birinciliyində fərqlənə bilib. Rəcəb Nurayev  (66 kq.),  Ruhan Məmmədov ( 74 kq.)  və Hüseyn Hüseynov ( 120 kq.) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar.

Fizuli Hüseynov (66 kq.), Sübhan Muradov (60 kq.) və Orxan İsmayılov (55 kq.) isə öz çəki dərəcələrində ikinci yeri tutublar.

Xatırladaq ki, sərbəst güləş üzrə yarışlarda I-III yerləri tutmuş idmançılar növbəti açıq Respublika turnirinə vəsiqə əldə ediblər.

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılıblar.

Məşqçi-müəllimlər Cavid Qurbanzadə, Akif Qurbanov və Fəxrəddin Nuriyev yetirmələrinin uğurlarına sevinir və qarşıdakı turnirlərdə də onlardan qələbə gözləyirlər.

 Azər MUSTAFAYEV