Risklər nəzərə alınmalıdır


Baxıldı : 235

Tarix : 2015-12-12 06:12:00


Son vaxtlar tikinti şirkətləri tərəfindən mənzillərin tək şəxsiyyət vəsiqəsi ilə kreditlə satışı artır. Nəinki bir bina, kiçik qəsəbə adlandıra biləcəyimiz yaşayış kompleksindəki mənzillər tək şəxsiyyət vəsiqəsilə təklif olunur. Ən geniş yayılmış təklflərdən biri 10%-lik ilkin ödəniş, illik 8%-lə və 20 il müddətinə ipotekadır. Alıcı şəxiyyət vəsiqəsi və 10% ilkin ödəniş ilə tikinti şirkətinin ofisinə yaxınlaşaraq seçdiyi mənzili 20 il müddətinə ipoteka ilə ala bilir. Bu zaman alıcının maliyyə vəziyyəti, gəlirləri və digər durumu soruşulmur. Halbuki banklardan ipoteka krediti götürdükdə 10-dan artıq sənəd tələb olunur.Mənzillərin belə sadə şəkildə satılması vətəndaşların xeyrinədir. Amma gələcəkdə qarşıya çıxa biləcək risklər də nəzərə alınmalıdır. Məsələ bundan ibarətdir ki, tikinti şirkətlərinin ipoteka dedikləri 20 illik satış zamanı banklar mənzilləri girov saxlayırlar. Əgər alıcı aylıq ödənişləri vaxtında etməsə, bank həmin mənzili satışa çıxara bilər.Devalvasiyadan sonra bankların ödənməyən kreditləri qar uçqunu kimi böyüyür. Əhalinin ödəmə qabiliyyəti pisləşdiyindən kreditlər vaxtında qaytarılmır, banklar tək şəxsiyyət vəsiqəsilə verdikləri təminatsız kreditlərdə əlacsız qalarkən, təminatlı kreditlərdə müştərilərin əmlaklarını satışa çıxardırlar. Avtomobil, mənzil kimi əmlaklar bu gün ucuzlaşdığından və alıcısı azaldığından onları satmaqda çətinlik çəkirlər. Bir çox hallarda satsalar belə, əldə etdikləri pul krediti bağlamağa kifayət etmir.Gələcəkdə yenidən belə bir problemlə banklar və tikinti sektoru da üzləşə bilər. Əgər hansısa iqtisadi vəziyyətə görə insanlar aylıq ödənişlərini edə bilməsələr, bu, bir neçə problemin yaranmasına səbəb ola bilir.- Əgər gələcəkdə alıcılar kütləvi şəkildə borclarını ödəyə bilməsə, bu, sakinlərin kütləvi şəkildə mənzillərindən çıxardılması ilə nəticələnə bilər. Bu da dövlət üçün böyük sosial problem olar.- Borclar ödənilmədiyindən tikinti şirkətləri növbəti layihələri üzrə tikinti işlərini dayandıra bilərlər. Bu da alıcıların evlərinə köçə bilməməsi ilə nəticələnəcəkdir. Alıcıların əvvəlcədən verdikləri pullar bata bilər.Hazırda tikinti şirkətləri \ 10% ilkin ödəniş, aylıq 8%-lə, 20 il müddətinə\ ipoteka kreditlərini Azərbaycan Beynəlxalq Bankının (ABB) dəstəyi ilə həyata keçirdiklərini bildirirlər. Borclar qaytarılmasa ABB-nin ödəmə vaxtı keçmiş kreditləri daha da arta bilər. Qeyd edək ki, tikinti şirkətləri 20 illik ipoteka kreditini ABB-nin dəstəyi ilə verdiyindən, bu bank satılan evləri girov saxlayır.- Tikinti işləri dayandığından minlərlə insan işsiz qalacaqdır.- Yaranacaq vəziyyət tikinti şirkətlərinə olan inamı azalda bilər və s.Qısası, ipoteka kreditlərinin şəxsiyyət vəsiqəsilə verilməsi tikinti sektorunda quraşdırılmış \ saatlı bomba\ dır. Bu bomba qarşıdakı dövrdə nə vaxtsa partlaya bilər.Əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirdi ki, adətən banklar qiymətlərin artdığı bazarda belə bir riskə gedirlər:\ Adətən hazır mənzillərin qiyməti ilə katlavandakı qiymət arasında təxminən 15-20% fərq olur. Mənzil istismara verildikdə qiymət daha yüksək olduğundan banklar belə əməliyyata gedirlər. Alıcıdan alınan 10-15% ilkin ödəniş və 15-20%-lik qiymət artımı riskləri bir az aşağı salır. Amma indiki böhran dövründə belə əməliyyatlar risklidir. Əgər 3-5 il sonra belə vəziyyət təkrarlanarsa və əhalinin borclarını ödəməkdə problemləri olarsa bank üçün risk yaranar. Həmçinin bank layihəni maliyyələşdirməkdən belə imtina edə bilər \ .Rəşad Əliyev qeyd etdi ki, bankların vəsaitləri olmadan daxili ipoteka şərtləri ilə işləyən tikinti şirkətlərində risk daha yüksəkdir:\ Böhran yarandıqdan sonra bəzi tikinti şirkətləri 5,10,20 il kimi müddətlərə daxili ipoteka dedikləri möhlətli satışa keçiblər. Bu satışa \ İpoteka piramidası\ demək olar. Əvvəlki müştərilərdən alınan pullar ilə növbəti mərtəbələr, binalar tikilir. Bunu edən tikinti şirkətləri maliyyə göstəricilərini açıqlamırlar. Nəzarət olmadığından, bu şirkətlərin tikinti işlərini sona çatdırıb-çatdıra bilməyəcəklərini demək çətindir\ .CAVİD