“Ryan Air”ə qarşı  Avropada tətil dalğası


Baxıldı : 134

Tarix : 2018-06-22 23:12:52


“Ryan Air” havayolu şirkətində çalışanların  etiraz aksiyalarına bir sıra Avropa ölkələrindən də dəstək verilib. Almaniyanın “Vereinigung Kokpit” həmkarlar təşkilatına üzv olan 400 pilot  tələbləri yerinə yetirilmədikdə uzunmüddətli tətil planlaşdırır. Etirazçılar şirkətin Avropada vahid maaş sisteminin tətbiqini tələb edirlər.  Təşkilat  şirkətin onların tələblərinə biganə mövqeyindən narahatdır və yay turizmi dövründə tətil baş tutarsa, maddi zərərin daha böyük olacağı hesablanır. Bu tətilə İrlandiyadakı işçilərin də qoşulacağı bildirilib.

Daha öncə şirkətin maaş siyasətinə etirazlar Portuqaliyada başlamış, çalışanların 90 faizinin iştirakı ilə baş tutan tətildə uçuşların bir hissəsi təxirə salınsa da “Ryan Air” şirkəti başqa ölkələrdən qeyri-qanuni yolla pilotları işə cəlb edərək problemin həllinə çalışmışdı.

“Vereinigung Kokpit” təşkilatı vahid maaş sisteminin tətbiqini, xəstəliklə bağlı məzuniyyət zamanı ödəniş edilməsini pensiya ilə bağlı artım olunmasını tələb edir. Şirkət 32 il sonra ilk dəfə həmkarlar təşkilatı ilə müzakirələrə razılıq versə də, tələblərin qəbulunda və dialoqun aparılmasında problemlər yaşanır.

Son iki ayda “Ryan Air”ə qarşı İspaniya,Portuqaliya, Belçika, İtaliyada  tətillər və etiraz aksiyaları baş tutub və tələbləri qarşılanmasa, gələcəkdə birgə tətil nəzərdə tutulur.

Qeyd edək ki “Ryan Air”də 4 min pilot çalışır. İl ərzində 130 milyon sərnişinə xidmət edən şirkət 37 ölkədə fəaliyyət göstərir.