Ərzaq xərclərini mənimsəmək olmayacaq


Baxıldı : 142

Tarix : 2016-04-15 06:19:00


Prezident İlham Əliyev \ Ərzaq məhsullarının tədarükü və təchizatı\ Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Yeni qurumun əsas fəaliyyəti istehsalçılardan və satıcılardan ərzaq məhsullarının alışını və tədarükünü təşkil etməkdən ibarətdir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadənin sözlərinə görə, qurum dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını təşkil edəcək. \ Dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması\ qaydası ərzaq məhsulunu satmaq istəyində olan istehsalçılara elektron qaydada qeydiyyata düşərək məhsullarını dövlət tədarükçüsünə satmağa şərait yaradacaq. Qeyd olunduğuna görə, dövlət birbaşa yerli istehsalçıdan mal əldə etmək üçün onların lazımi satış imkanlarını səfərbər edəcək. İstehsalçıya \ ASAN xidmət\ mərkəzinə müraciət edərək istehsal məhsulları barədə zəruri məlumatları elektron portalda yerləşdirməsi təmin olunacaq. Tədarük və təchizat agenti elektron portalda yerləşdirilən istehsalçıların fəaliyyətinin monitorinqini aparacaq, məhsulun keyfiyyəti və istehsal həcmi barədə əsaslı faktları burada yerləşdirəcək. Beləliklə, dövlət təşkilatı öz sifarişlərini elektron portal vasitəsilə həyata keçirəcək. Bu proses əsas etibarilə xarici ölkələrin şirkətlərinə sifarişlərin qarşısının alınmasına və yerli malların satışına səbəb olacaq. Beləliklə, qeyri-neft sektorunda, əsasən də yeyinti sənayesi, kənd təsərrüfatı və aqrar-sənaye sahələrində fəaliyyət göstərən sahibkarlar üçün yeni stimul yaranacaq. Bu isə ölkədə məhsul bolluğunun yaradılmasına, istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq. ELBRUS