Sədr vəzifəsinə...


Baxıldı : 175

Tarix : 2015-01-17 12:57:00


layiq olanlar seçilməlidirRayon komitəsi ilk təşkilatların hesabat-seçki yığıncaqlarını \ Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı orqanlarında hesabat-seçkilərin keçirilməsı qaydası haqqında Təlimat\ a uyğun aparması məqsədi ilə yanvarın 5-də seminar təşkil etmişdir. Seminarda ilk təşkilat fəallarına təşkilati və metodiki tövsiyələr verilmişdir.Hesabat-seçki yığıncaqlarında həmkarlar ittifaqı orqanlarına, gender balansı və AHİK-in gənclər siyasəti nəzərə alınmaqla fəal, təşəbbüskar, təcrübəli insanların seçilməsi məsləhət görülmüşdür.Seminar iştirakçılarından Cavanşir Əliyev, Akif Salahov, Səadət Kərimova çıxış edərək bildirdilər ki, rayon həmkarlar ittifaqı komitəsi tərəfindən bütün ilk təşkilatlara hesabat-seçkilərin keçirilməsı qaydası haqqında təlimat verilmişdir. Bundan istifadə etməklə ilk təşkilatlarda hesabat-seçki yığıncaqlarının qənaətbəxş keçəcəyinə əminik.Gülarə HÜSEYNOVA,TİAHİ Nərimanov Rayon Komitəsinin sədri