Sədr yenidən seçildi


Baxıldı : 169

Tarix : 2015-01-31 04:30:00


Şamaxı Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü İnternat Tipli Liseyin Həmkarlar İttifaqı Komitəsi sıralarında 58 nəfər pedaqoji və 37 nəfər texniki işçini birləşdirir. Bu işçilərin hər biri HİK-in gündəlik qayğısı əhatəsindədir. Komitənin bir neçə gün əvvəl keçirilmiş hesabat-seçki yığıncağında da bu qayğı qeyd olundu. HİK sədri Mehparə Mikayılova hesabat məruzəsində bildirdi ki, son üç ildə liseydə təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. İş yerləri günün tələblərinə uyğun qurulmuşdur. Həmkarlar ittifaqı ilə təhsil ocağının rəhbərliyi arasında 2013-2015 - ci illər üçün kollektiv müqavilə bağlanmışdır. Müqavilədə tərəflər öz üzərinə təhsilin səmərəli inkişafı, əməyin mühafizəsi sahəsində, mədəni-kütləvi və idman işləri üzrə, sağlamlığın mühafizəsi, güzəşt və kompensasiyalarla əlaqədar qarşılıqlı öhdəliklər götürmüşlər.Təhsilin keyfiyyətinin yaxşılaşdırılması yönümündə birgə tədbirlər keçirilmişdir. Belə ki, intellektual yarışlar, Bren-Rinqlər təşkil olunmuşdur, qaliblər mükafatlandırılmışlar.Liseyin şagirdləri rayon, zona və respublika səviyyəli olimpiadalarda iştirak edib və müəyyən uğurlar qazanıblar.2012-2015-ci tədris ilində 71 şagird respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Bir şagird-Nəriman Məmmədov Prezident təqaüdünə layiq görülüb.Həbibə Eldarova \ İlin ən yaxşı müəllimi\ adına layiq görülmüşdür.Kollektivin iş vaxtından səmərəli istifadə etməsi və məktəbdaxili intizam qaydalarına əməl edilməsinə diqqət artırılmışdır. Müdiriyyətlə birlikdə respublikamızın dövlət və milli bayramları təntənəli şəkildə qeyd olunmuşdur.İşçilərin asudə vaxtlarını səmərəli keçirməsi üçün həmkarlar ittifaqı komitəsi Azərbaycanın ayrı- ayrı rayonlarına ekskursiyalar təşkil etmişdir.Bütün bu işləri nəzərə alan yığıncaq Mehparə Mikayılovanı yenidən liseyin həmkarlar ittifaqı komitəsinin sədri seçdi.Rayonun daha 47 məktəbində də hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqlarda sahə Hİ rayon komitəsinin məsul işçiləri iştirak ediblər.B.RZAYEV