Səhiyyədə vəziyyətin pisləşəcəyi gözlənilir


Baxıldı : 245

Tarix : 2015-01-24 05:49:00


Latviyanın Səhiyyə və Sosial Xidmət İşçiləri Həmkarlar İttifaqının İdarə Heyəti etiraz aksiyası keçirmək qərarına gəlib. Təşkilatın rəhbəri Valdis Kerisin sözlərinə görə, bununla peşə işçiləri dövlətin onlara ayırdığı maliyyə vəsaitinin həcmi ilə razılaşmadıqlarını bildirəcəklər.O, həmçinin qeyd edib ki, səhiyyədə olan vəziyyət bu il nəinki yaxşılaşacaq, əksinə, pisləşəcək. Həmkarlar ittifaqı aksiyanın keçirildiyi təqdirdə hökumətin və cəmiyyətin bu sahədə olan problemlərə diqqətini cəlb edəcəyini düşünür.\ Həkimlər bu il məvaciblərinin daha az rəqabətqabiliyyətli olacağını, xəstələr isə uzun növbələrin artacağını nəzərə almalıdır\ , -deyə yekun olaraq V.Keris vurğulayıb.Elçin ZAKİRİ