Sənədsiz ev sahiblərinə şad xəbər


Baxıldı : 1750

Tarix : 2015-01-17 12:00:00


evlərə kupça\ veriləcəkDövlət uzun müddətdir ki, vətəndaşların səbirsizliklə gözlədiyi həsrətə son qoyub. Söhbət sənədsiz evlərlə bağlı hüquqi qaydaları özündə əks etdirən və qeyri-qanuni hesab olunan yaşayış sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənədin -\ kupça\ nın verilməsi mexanizmlərinin təsdiqindən gedir. Belə ki, dövlət \ Daşınmaz əmlakın dövlət reyestri haqqında\ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı\ haqqında fərmanına əsasən, hökumət qanunsuz evlərə mülkiyyət hüququ verəcək. Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bildirildiyinə görə, \ Daşınmaz əmlakın dövlət reyestri haqqında\ qanun 2014-cü ildə qüvvəyə mindiyindən həmin ilədək tikilmiş yaşayış evləri, bağ sahələri və digər tikililərə mülkiyyəti təsdiq edən sənədlər veriləcək. Qaydalara əsasən, yaşayış sahəsinə əmlak hüququnun verilməsi üçün evlər xüsusi mühafizə olunan zonalarda yerləşməməlidir. Yəni magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşən evlərə sənəd verilməyəcək. Evlərə sənədlərin verilməsi üçün hansı sənədlər tələb olunacaq?Siyahıya əsasən, yaşayış evləri və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinə dair yerli icra nümayəndələrinin, keçmiş kənd sovetlərinin və \ JEK\ -lərin müvafiq arayışları, səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər, torpaqdan istifadə hüququna dair dövlət aktları, vətəndaşın həmin evə qeydiyyatı ilə bağlı qeydiyyat orqanlarının sənədləri, dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakla bağlı müvafiq sənədləri, yerli icra hakimiyyəti orqanlarının və müvafiq inzibati ərazi vahidlərinin, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektləri barədə qeydləri tələb olunacaq. Həmçinin statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfat kitablarından çıxarış, mübahisəli əmlakla bağlı məhkəmənin qərarı da sənədləşmə üçün təqdim oluncaq. Maraqlıdır, bu fərmanın icrası təxminən nə qədər vətəndaşa mənzili üzərində mülkiyyət hüququ əldə etməyə imkan verəcək? Digər tərəfdən, 2004-cü ilin iyunundan sonra inşa edilən mənzillərin aqibəti necə olacaq? Məsələyə münasibət bildirən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev deyir ki, yeni qaydalar reyestr qeydiyyatının təşkilinin ümumiləşdirilməsinə və indiyədək istifadəyə verilən həmin torpaqların dəqiqləşdirilməsinə xidmət edir: \ Fərmanda açıq-aydın göstərilir ki, əgər su borularının, neft-qaz magistral kəmərlərinin keçdiyi və sair kimi təhlükəli zonalarda torpaqlar verilibsə, həmin torpaqların reyestr qeydiyyatına götürülməsi qanunauyğun deyil. Əgər elə hallar yoxdursa, əsas verilir ki, həmin torpaqlar qeydiyyata alınsın. Eyni zamanda orda konkret siyahı müəyyən olunub. Hansı ki, vaxtilə yerli sovetlər, rayon-şəhər icraiyyə komitələri, müəyyən səlahiyyətli orqanlar tərəfindən fərdi, bağ evləri tikmək üçün torpaq sahələri ayrılıb. Artıq həmin torpaqlar reyestrə salınacaq, hüquqi sənədlərlə təmin olunacaq. Həm də notariat qaydada, alqı-satqı, nikahın pozulması, bağışlanma ilə verilən torpaqlar var ki, onların da sənədləşdirilməsi üçün hüquqi əsas yaradılıb. Artıq prosesə başlanılıb və ilin sonuna kimi qanunsuz olmayan və müəyyən sənədləri olan evlərin əksəriyyətinə hüquqi aktlar veriləcək. Bu, ciddi bir tapşırıqdır. Belə bir məqsəd qarşıya qoyulub ki, 2015-ci ilin sonuna kimi tikilmiş bütün fərdi evlərə dövlət aktları verilsin, hüquqi sənədlər təqdim olunsun. Müəyyən təhlükəli zonalar da, yəqin ki, 3 aya aydınlaşdırılacaq\ . T.Rzayev deyir ki, sənədlərin toplanmasında müəyyən bürokratik əngəllərin olması da istisna edilmir: \ Bu olmasaydı, ölkədə bu qədər qanunsuz ev olmazdı. Bunu yaradan əsas amillərdən birini vətəndaşlarda görürəm. Çünki vətəndaşlar kortəbii olaraq pulu verib torpaq alır. Torpağın sənədini almır, müəyyən lazım olan materialları toplamır, sonra da pis vəziyyətdə qalırlar. Torpağı alandan sonra üzərində tikilən evləri də sənədləşdirmirlər. Ona görə belə vəziyyət yaranır\ . T.Rzayev sənədlərin çoxluğunu da təbii saydı: \ Bu, mülkiyyətdir. Ata-övlad, ər-arvad məsələsi var, ev, torpaq satılanda tərəflər arasında mütləq narazılıq olur. Bu da gedib məhkəmələrə çıxır. Odur ki, sənədlər qaydasında olmalıdır\ . İqtisadçı-ekspert Rövşən Ağayev isə deyir ki, sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi prosesinə, nəhayət ki, yaşıl işıq yandırıldı: \ Bu, çox müsbət addımdı. Əvvəllər məmurlar deyirdi ki, bu problemin həlli çox mürəkəbdir, qanun olmalıdır, problemin həlli ilə bağlı mexanizmlər tapılmalıdır. İndi məlum oldu ki, on minlərlə insanın on illərlə yaşadığı iztirabın bir fərmanlıq canı varmış. Amma bu proses çox ciddi ictimai nəzarət tələb edir. Vəziyyətdən yararlanıb vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etmək istəyənlər olacaq, \ centlmen sövdələşmələrlə\ fərmanda nəzərdə tutulan siyahıya uyğun sənədləri hazırlamağa yardım göstərmək kimi hallar baş verəcək\ .R.Ağayev deyir ki, sənədsiz mənzilləri rəsmiləşdirmək vətəndaşlarımız üçün çox mühümdür: \ Əvvəla, mülkiyyəti təsdiq edən sənədlər olmayan evdə yaşamaq insanlar üçün psixoloji gərginlik yaradır. Onlar həmişə qorxu altında yaşayır ki, hətta \ uçastkovı\ belə onun mənzilini buldozer qabağına verə bilər. Bu qorxunun evdəki körpə uşaqlara belə necə sirayət elədiyini bir neçə tanışımın ailəsində görmüşəm. Başqa məsələ odur ki, sənədsiz mülk ailələrə imkan vermirdi ki, ehtiyacları olanda mülklərini girov qoyub banklardan kredit götürsünlər, yaxud əllərində müəyyən vəsait yarananda həmin mənzili satıb yaşayış şəraitini yaxşılaşdırsınlar. Xüsusilə də son illər qanunsuz evlərin sökülməsi sənədi olmayan evlərin satışını, demək olar ki, mümkünsüz etmişdi\ .Ekspertin sözlərinə görə, ədalətli kompensasiya verilməklə inrastruktur xətləri və neft torpaqlarında tikilən evlərin köçürülməsi də daha doğru yol ola bilər: \ Çünki bu, həm də həmin ərazidə məskunlaşan insanların təhlükəsizlik məsələsidir. 2004-cü ildən sonra tikilən evlərin sənədləşdirilməsi ilə bağlı məsələ də, yəqin ki, növbəti mərhələdə həll ediləcək\ .Xalid AZƏR