Sığınacaqlar hansı vəziyyətdədir


Baxıldı : 430

Tarix : 2016-11-23 16:09:00


Son zamanlar Dağlıq Qarabağda müharibənin başlayacağı haqqında xəbərlər mətbuatın gündəmindən düşmür. Ordumuzun və hərbi texnikanın yetərli gücə malik olduğu söylənsə də, müharibə şəraitində yaranan fövqəladə vəziyyətlərdə əhalinin müdafiəsinin təşkili məsələsi açıq olaraq qalır. Belə ki, nə paytaxt Bakıda, nə də bölgələrdə əhalinin fövqəladə hadisələrdən qorunması üçün kütləvi sığınacaqlar yox səviyyəsindədir, yenilərinin qurulması isə hələ həyata keçirilmir. Qeyd edək ki, təkcə müharibə dövründə deyil, sülh şəraitində də baş verən fövqəladə hadisələrdə əhalinin sağlamlığı və həyatının qorunmasında kütləvi sığınacaqlardan istifadə olunur. Bundan əlavə, ölkənin ən mühüm strateji obyektlərinin - qaz xətlərinin, elektrik stansiyalarının, su anbarlarının necə qorunması da gündəmin əsas məsələlərindən biridir. Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda strateji obyektlərin qorunması həyata keçirilsə də, əhalinin qorunması üçün sığınacaqlar yetərli deyil: \ Sirr deyil ki, bizim bədnam qonşularımız olan Ermənistanda həm rəsmi şəxslər, həm də qeyri-rəsmi adamlar müxtəlif zaman çərçivəsində bizi gah Mingəçevir su anbarı, bəzən də işğal altında olan \ Sərsəng\ su hövzəsi, həmçinin Bakı-Tbilisi-Ceyhan neft və ya qaz kəmərləri vasitəsilə həm şantaj edir, həm də guya özlərini göstərməyə çalışıblar. Amma onlar unudurlar ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk həyata keçirdiyi işlərdən biri və bəlkə də birincisi məhz strateji əhəmiyyətli obyekt və sahələrin müdafiəsini gücləndirmək, onların davamlı şəkildə təhlükəsizlik şəraitində istifadə olunması işlərini daha da təkmilləşdirməkdir. Ölkəmizin bir sıra güc strukturları məxsusi olaraq bu işləri həyata keçirtmək üçün lazım olan ən son model texnoloji və mühafizə avadanlığı ilə mükəmməl təmin edilmişdir. Keçmiş SSRİ dönəmindən də müasir Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri üçün qoruyucu silah və sursatlar, müşahidə cihazları və onlarla digər avadanlıq, ləvazimatlar alınmışdı. Bizim ölkəmizdə olan avadanlıq və qurğular bütövlükdə Cənubi Qafqazda ən müasir və asan idarə olunandır\ . Ekspert sığınacaq məsələsinin hələ ki, problem olaraq qaldığını bildirib: \ Təəssüflər olsun ki, son dövrlərdə bir çox sahibkarlar sığınacaq kimi nəzərdə tutulan binaların zirzəmilərini özəlləşdiriblər, ya da icarəyə götürüb biznes fəaliyyətini həyata keçirirlər. Hətta bəzi yerlərə əl gəzdirərək onları tanınmaz hala salıblar. Təkcə Bakı Metropoliteninə də ümid etmək olmaz. Əvvəla, Bakı şəhərinin əhalisinin sayı həddən artıq çoxdur və əvvəllər nəzərdə tutulan sığınacaqlarda bu qədər insanı yerləşdirmək mümkün olmayacaq. Çünki həmin sığınacaqların çoxu artıq yoxdur və cüzi bir hissəsi varsa da, onlar da tam hazır deyil\ .A.MUSTAFAYEV