Sənayenin Strateji Yol Xəritəsi...


Baxıldı : 222

Tarix : 2016-07-08 03:05:00


Hökumət \ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi\ nin birinci mərhələsini başa çatdırıb. Sənəddə əsas sektorlardan biri kimi qeyri-neft sənayesi hesab olunur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, iqtisadiyyatın rəqabətqabiliyyətinin və sənaye ixracının artırılması və yeni iş yerlərinin açılmasıdır. Bunun üçün institusional mühit və makroiqtisadi şərait, dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir. Milli iqtisadiyyatın strateji yol xəritəsi ağır sənayenin başlıca istiqamətlərini müəyyənləşdirəcək. Kimya, ağır sənaye və maşınqayırma sahələrinin, həmçinin kiçik və orta biznesin inkişafı kontekstində sənayenin əsas sektorlarının inkişafına yönələn layihələrin həyata keçirilməsi nəzərdə tutulur.Yaxın on ildə Azərbaycanın ümumi ixracında sənaye məhsullarının payının əhəmiyyətli dərəcədə artması ilə ölkə üzrə ÜDM-in 80%-ni təmin edən yüksək texnologiyalı istehsal yaradılması hədəf seçilib. Qarşıdakı onillikdə respublikamızda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tululur. Digər tərəfdənsə, dövlət öz maliyyə dəstəyini gücləndirməklə yanaşı, xarici investorların cəlb olunması üçün bir sıra cəlbedici şərtlər tətbiq etməyi də nəzərdə tutur.ELBRUS