Sürücülər üçün 3 hissəli kurslar keçiriləcək


Baxıldı : 276

Tarix : 2015-01-24 05:56:00


İyunun 12-28-də keçiriləcək I Avropa Oyunları ərəfəsində Bakının 2000-dən artıq sürücüsü geniş təlim məşğələlərindən faydalanacaqlar. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, Oyunların gedişində idmançıların, rəsmi şəxslərin və milli nümayəndə heyəti üzvlərinin daşınması üçün yeni avtobus, mikroavtobus və sedan qruplarından istifadə ediləcək.Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycan Nəqliyyat Nazirliyi və şəhərin avtobus şəbəkəsinin müasirləşdirilməsinə cavabdeh dövlət orqanı olan Bakı Avtobus Şirkəti ilə birlikdə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımı bacarıqlara yiyələnmələrinin təmin edilməsi istiqamətində iş aparır.800 avtobus sürücüsü daxil olmaqla, ümumilikdə 2100 iştirakçı gələn aylar ərzində nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də Bakı-2015” Avropa Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət 3 hissəli kurs keçəcəklər. Oyunlar dövründə sürücülərin marşrutlarda rəsmi işə çıxmazdan əvvəl 15 günlük ixtisaslaşdırılmış təlim keçəcəkləri gözlənilir.Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ki, paytaxt sürücülərinin təlim keçmələri yarış dövründə nəqliyyat xidmətlərinin fasiləsiz fəaliyyət göstərməsinə kömək edəcək, eləcə də əhalinin gündəlik həyatında daimi irəliləyişə səbəb olacaq: \ Bakının peşəkar sürücülərindən bir çoxu geniş təcrübəyə malikdi və bu yaxınlarda keçirilmiş Avroviziya Mahnı Müsabiqəsi kimi iri tədbirlər dövründə çalışıblar\ .Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Şöbəsinin direktoru cənab Panayotis Protopsaltisin sözlərinə görə, bu təşəbbüs iri idman tədbirləri tarixində sürücülər üçün ən böyük təlim proqramıdı: \ Həmçinin Bakı və Azərbaycan üçün nəqliyyat sahəsində insan resurslarının və fiziki sərvətlərin təmin edilməsi ilə əlaqədar Bakı-2015” Avropa Oyunlarının öhdəliklərinin bir hissəsidi. Ən yüksək dünya standartlarına uyğun inşa edilmiş yeni təlim mərkəzi Bakının yollarında təhlükəsizliyə və qabaqcıl təcrübənin tətbiqinə müsbət təsir göstərəcək\ .Təlim kursu sürücülərin öz bacarıqlarını təkmilləşdirmələri və Avropa Oyunları dövründəki işlərdə fəal rol oynamağa hazır olmaları üçün mükəmməl fürsətdi. Bu, həm də Azərbaycanda peşəkar sürücülərin Təkmilləşmə Mərkəzinin əsasını qoyacaq.