Sıralarımız genişlənir


Baxıldı : 176

Tarix : 2015-01-17 13:08:00


Ötən ilin son ayında Respublika Komitəsinin IV Məclisi keçirildi. Məclisdə Federasiya ilə mərkəzi icra hakimiyyəti orqanları arasında 2012-2014-cü illər üçün bağlanmış sahə (tarif) kollektiv sazişlərinin yerinə yetirilməsi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edildi. Sahə tarif sazişləri sosial-iqtisadi inkişaf istiqamətlərini, işçilərin əmək şəraitini və əməkhaqqı, sosial təminatları və digər mühüm şərtləri əhatə edir. Məclisdə mən də çıxış etdim. Bildirdim ki, rayon komitəsi son illərdə təşkilatların sayını 30-a çatdırmışdır. Ötən il 6 yeni təşkilat sıralarımıza qoşulmuşdur.Üzvlərin hamısına təntənəli surətdə \ Həmkarlar ittifaqı\ üzvlük biletləri təqdim olunmuşdur. Rayon komitəsi nəzdində 9 ictimai komissiya yaradılaraq tərkibləri təsdiq edilmişdir. Rayon komitəsi tərəfindən ilk təşkilatlara göstərilən təşkilati-metodiki köməkliklərin müsbət nəticəsidir ki, qeyd etdiyimiz ictimai komissiyalar ilk təşkilatların əksəriyyətində də yaradılmış və yerli ictimai strukturlar həmkarlar üzvü olan işçilərin yaxın köməkçilərinə çevrilib. Həmin komissiyalar müəssisə və təşkilatlarda əmək, istehsal, təsərrüfat, idarəetmə, uçot-hesabat intizamının möhkəmləndirilməsinə də müsbət təsirini göstərmişdir. Komissiyaların fəaliyyəti sayəsində ilk təşkilatlarda kollektiv müqavilələrin bağlanması və digər mühüm tədbirlərin ardıcıl keçirilməsi artıq ənənə şəklini almışdır.İş yerlərində əməkçilərin əmək və istehsalat şəraitinə vaxtaşırı baxışların keçirilməsi, işçilərin əmək müqavilələrinin tələbləri əsasında müqavilədə nəzərdə tutulmuş güzəştlərin tətbiqi, əsas və əlavə məzuniyyətlərin, mükafatların verilməsi kimi məsələlər həmkarlar ittifaqlarının gündəlik diqqət mərkəzindədir.Həmkarlar ittifaqı üzvləri və onların ailə üzvlərinin sağlamlığının qorunması istiqamətində də xüsusi işlər görülmüşdür. İndiyədək onlarla işçimiz güzəştli şərtlərlə sanatoriya-kurort yollayışları ilə təmin edilmişdir. Bütün bunlar onu bir daha təsdiq edir ki, rayon komitəsi öz işini layiqincə yerinə yetirir, yeni yaradılmış idarə, müəssisə, təsərrüfat və təşkilatları öz xidmətlərinə cəlb edir. Ən ucqar kəndlərdə yaradılmış kəndli-fermer təsərrüfatları da, demək olar ki, dərhal sahə həmkarlar ittifaqları üzvlüyünə daxil olmağa çalışır. Artıq bütün işçilərimiz sahə həmkarlar ittifaqı rayon komitəsini özlərinin arxa və dayağı hesab edir.Əli MƏMMƏDOV,\ Kənd-Qida-İş\ Hİ Quba Rayon Komitəsinin sədri