Sərinləmək üçün vasitələr


Baxıldı : 214

Tarix : 2016-07-22 01:15:00


Yayın qızmar istisində sərinlənmək üçün kondisionerlər əvəzedilməz vasitədir. Amma isti havada sərinləməyimizə səbəb olan kondisionerlərin zərərli tərəfləri də var. Mütəxəssislər bildirirlər ki, kondisionerlərin zərərindən qorunmaq üçün diqqətli olmaq lazımdır. Bəs biz kondisionerdən istifadə edərək sağlamlığımızı necə qoruya bilərik? Bunun üçün nələrə diqqət etməliyik? Mövzu ilə bağlı həkim-terapevt Məlahət Abbasova bildirdi ki, kondisionerin sərinliyi bizim rahatlığımızı təmin edir. Ona görə də yay aylarında kondisionersiz çalışmaq çətin olur. Amma zərərli tərəfləri də ola bilər ki, bundan qorunmaq lazımdır. Ona görə də kondisionerdən istifadə metodunu düzgün seçmək lazımdır ki, orqanizmə hər hansı zərər dəyməsin: \ Sərinləmək üçün kondisioner işləyən otaqda oturmaq şərt deyil. Yaxşı olar ki, kondisioner işə salınsın, otaq soyusun, sonra kondisioneri söndürüb otağa daxil olsunlar. Çünki xroniki xəstəlikləri olan insanlar davamlı olaraq kondisioner altında olsalar, xəstəlikləri daha da kəskinləşəcək\ .Ev və ofislə yanaşı, avtomobillərdə də kondisionerlər var. Avtomobillərdə isə kondisioner soyuğu daha yaxın məsafədən bədənə vurduğu üçün bunun zərərini daha tez hiss edirik: \ Avtomobildə kondisioner soyuğu bir istiqamətdə vurduğuna görə çox vaxt böyrək yaxşı qorunmadığı üçün adətən böyrək kəskinləşməsi olur. Ayaq hissədən soyuq vurarsa, ayaq sinirlərinin kəskinləşməsi olur. Bəzi adamlarda isə başağrıları olur. Çünki sinirlər kəskin isti və soyuğa düşəndə uyğunlaşa bilmir\ .Elə iş yerləri var ki, orada çalışanlar fasiləsiz olaraq kondisioner olan otaqda olmağa məcburdurlar. Həkimin sözlərinə görə, belə mühitdə işçilərin kondisionerdən zərər görməməsi üçün kondisionerlərin istiqamətini tavana doğru çevirmək lazımdır ki, işçilərin üzərinə birbaşa soyuq vurmasın: \ Amma bunu da etmirlərsə, işçilər isti geyimlərdən istifadə etsinlər\ .İnsanların bir qisminin kondisionerə tam dözümlü olmasına gəlincə, M.Abbasova dedi ki, orqanizmlər fərqli olduğu üçün hər kəsdə reaksiya eyni olmur. Amma kondisionerin soyuğuna dözümlü reaksiya göstərənlərin sağlamlığında hər hansı problem olarsa, soyuq onlara da əks təsir göstərə bilər. Ona görə də hər kəs diqqətli olmağa çalışmalıdır: \ İnsanların orqanizmləri, sinir sistemləri müxtəlifdir. Elə adam var ki, kondisionerə qarşı orqanizmi dözümlüdür, onun hər hansı problemi olmur.Bundan başqa, kondisionerin dərəcəsinin də önəmi var. Tam soyutma dərəcəsində qoymaq olmaz. Otağın havasının sərin olacağı bir temperatura qoymaq da olar\ .Azər MUSTAFAYEV