Sərnişin avtobuslarında dözülməz durum


Baxıldı : 334

Tarix : 2016-06-03 05:27:00


Yay aylarında paytaxt sakinlərinin üzləşdiyi daha bir problem sərnişin avtobuslarındakı vəziyyətlə bağlı olur. Hazırda şəhərin bəzi istiqamətlərində normal gigiyenik şəraitə malik avtobuslar işləsə də, bir çox marşrutlarda bu, müşahidə edilmir. Belə ki, bu gün də Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarının əksəriyyətində soyuducu sistemlər yoxdur. Digər tərəfdən isə, həmin avtobusların bəzilərində pəncərələr açılmır, günəşdən qorunmaq üçün pərdələr yoxdur. Üstəlik, avtobuslarda tez-tez sərnişin sıxlığı yaranır ki, bu da insanların əsəblərini tarıma çəkir. Bu hal hər yay təkrarlanır. Hazırda da havalar isindiyindən avtobuslara minənlər eyni çətinliyi yaşayır. Maraqlıdır, heç olmasa bu il avtobusları kondisionerlə təmin etmək mümkün olacaqmı?Ekspertlər hesab edirlər ki, şəhər nəqliyyatındakı bu problemləri həll etmək üçün ilk növbədə nəqliyyatın düzgün idarə edilməsi sisteminin olması vacibdir: \ Əslində şəhər nəqliyyatından istifadə edən hər bir kəs özünü komfortlu hiss etməlidir. Sərnişin düşünməməlidir ki, isti havada bir məkandan digərinə getmək üçün avtobusun salonunda onun üçün narahatçılıq olacaq. Bu mənada digər avtobuslarda da \ Baku Bus\ şirkətinin avtobusları kimi normal şərait olmalıdır\ .Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Nuridə Allahyarova deyir ki, yay aylarında bu porblemin aradan qaldırılmasına çalışacaqlar: \ Sərnişin daşınması ilə məşğul olan avtobuslar üçün yeni konsepsiya hazırlanır. Konsepsiyaya uyğun yay aylarında daşıyıcı şirkətlərin qarşısına konkret tələblər qoyulacaq. Avtobusları tələblərə cavab verməyən şirkətlərin xidmətlərindən imtina ediləcək\ .Xalid AZƏR