Sərnişinlər narazı olsalar da...


Baxıldı : 265

Tarix : 2015-10-09 02:25:00


Paytaxtda digər taksiləri xətdən kənarlaşdıran \ London taksiləri\ nin qiymətləri artırması birmənalı qarşılanmır. Qiymət artımı Nəqliyyat Nazirliyinin tabeçiliyində yaradılan və qanuni təmsilçisi Qasımov İlqar Sabir oğlu olan \ Bakı Taksi Xidməti\ MMC-yə məxsus taksilərə tətbiq edilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirirlər ki, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən bu taksilər bütün cəhətlərinə görə digər taksilərdən fərqlənir. Dəyişiklik isə yalnız üzərində sarı xətt olanlara aiddir. Qiymət artımına səbəb isə üzərində sarı xətt olan taksilərin daha komfortlu olmasıdır. Bu barədə həmin taksilərin şüşəsində elan yazılıb. Sərnişin 3 manat ödəməklə bu taksidə 3 kilometr məsafə gedə bilər. 3 kilometrdən sonra 10 kilometrə qədər hər kilometr üçün 70 qəpik, 10 kilometrdən sonra hər kilometr üçün 40 qəpik ödəməlidir. Əlbəttə, 3 manat sərnişinlərə çox görünə bilər. Amma nəzərə almaq lazımdır ki, digər taksi xidmətlərində sayğac 1 manat yazsa belə, sərnişin 3 km. üçün 3 manat 10 qəpik ödəyir.Taksi sürücüləri yeni taksilərdə işləməyin həm də sərfəli olduğunu bildirirlər: \ Köhnə \ London taksiləri\ ndə sürücü hər gün 40 manat plan verməli idi. Hazırda isə plan 60 manat olsa da, gündəlik 25 litr yanacaq verilir. Həmçinin sürücülərə hər gün 12 manat maaş verilir\ .Azər adlı taksi sürücüsü isə deyir ki, \ London taksiləri\ ndə qiymət artımı köhnə taksi sürücülərinə sərf edir: \ Hazırda o taksilərin 5-6 manata getdiyi yolu biz 3-4 manata gedirik. \ London taksiləri\ ndə qiymətlərin qaldırılması bizim müştərilərimizin artmasına səbəb olacaq. İnsanların çoxu bizim taksilərə üstünlük verir. Əgər sərnişin taksi ilə getməyi seçirsə, büdcəsinə uyğun taksilərdən istifadə edəcək\ .Şəhər sakini Elsevər Camalov isə deyir ki, onun üçün əsas mənzil başına təhlükəsiz və münasib qiymətə getməsidir: \ Əgər digər taksi ilə 2 kilometrlik məsafəyə getsəm 2 manat ödəyəcəm. Amma \ London taksiləri\ ilə getdiyim halda 3 manat ödəməliyəm. İndiki halda bu taksilər ancaq müəyyən şirkətlərə pul qazandırır\ . Xalid AZƏR