Sərt qənaət siyasətinə yox\ dedilər


Baxıldı : 153

Tarix : 2015-12-05 05:24:00


Yunanıstanda dekabr ayının 2-də Jurnalistlərin Həmkarlar İttifaqı Federasiyasının (JHİF) çağırışı ilə kütləvi informasiya vasitələri işçiləri 24 saatlıq tətil keçiriblər. Aksiya zamanı \ ERT\ dövlət radio və televiziyasında xəbər buraxılışları efirə getməyib. Eyni vəziyyət Afinanın xəbərlər agentliyində, parlament və bir sıra özəl telekanallarında, eləcə də xəbər saytlarında yaşanıb. Qəzetlər nəşr edilməyib, fotoreportyorlar işini dayandırıb.Etiraza səbəb yunan hökumətinin beynəlxalq kredit təşkilatları ilə razılaşdıraraq apardığı sərt qənaət siyasəti olub. Növbəti tədbirlər planına əsasən, maliyyəçilər yeni kreditlərin verilməsi müqabilində tibbi sığorta fondunun və pensiya sisteminin ciddi restrukturizasiyasını tələb edirlər.JHİF-in bəyanatında bildirilir: \ Ölkədə çalışan bütün insanlarla birlikdə jurnalistlər də sosial təminatın (əsas və əlavə pensiyalar), ehtiyacı olanlara müavinətlərin verilməsini, tibbi sığortanın (tibbi yardım və müalicə) saxlanılmasını tələb edir\ . Elçin ZAKİRİ