“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən Respublika müsabiqəsinin 2019-cu il üzrə yekunları haqqında QƏRAR


Baxıldı : 353

Tarix : 2020-07-27 04:29:12


 

AHİK-in İcraiyyə Komitəsi qeyd edir ki, İcraiyyə Komitəsinin 25 noyabr 2009-cu il (№ 6b. 32ə) tarixli qərarına əsasən, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizinə həsr olunmuş “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi - 2019” adı uğrunda keçirilən müsabiqədə 2720-dən artıq müəssisə və təşkilat iştirak etmişdir.
22 sahə həmkarlar ittifaqını təmsil edən 236 müəssisədən 50 qalib müəssisə və təşkilatın sənədləri mükafatlandırılma üçün AHİK-ə göndərilmişdir.
2019-cu il ərzində 17189 işçini, o cümlədən 5372 qadın işçini təmsil edən 50 müəssisə və təşkilatda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və ictimai müvəkillər nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil etmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, maşın və mexanizmlərin, avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikasının tələblərinə əməl olunmasına, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair 360 yoxlama həyata keçirmişlər.
Bunun nəticəsində həmkarlar ittifaqı komitələri tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən, işçilərin həyatına və sağlamlığına təhlükə törədən 53 dəzgah, avadanlıq aşkar olunmuş və sahənin işinin dayandırılması barədə məsələ müəssisə müdiriyyətinin müzakirəsinə verilmişdir. Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üçün kollektiv müqavilələrin əməyin mühafizəsi bölməsinə sosial məsələlərə aid  338 adda bənd əlavə edilməsinə nail olunmuşdur.
Həmkarlar itttifaqı komitələrinin 132, əməyin mühafizəsi komissiyalarının 118 iclasının müzakirə mövzusu əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri olmuşdur.
Bütün bu tədbirlər əməyin mühafizəsinin yaxşılaşdırılmasına ayrılan maliyyə vəsaitinin əvvəlki illə müqayisədə  19,4%,  həmin vəsaitin hər işçiyə düşən hissəsinin 27,8%  artırılmasına nail olunması ilə nəticələnmişdir.
Təklif olunmuş tədbirlərin yerinə yetirilməsinə və maliyyə vəsaitlərinin istifadəsinə nəzarətin həyata keçirilməsi nəticəsində müəssisələrdə əmək şəraitinin və mühafizəsinin yaxşılaşdırılmasına yönəlmiş  308 tədbir həyata keçirilmiş, attestasiaya olunmuş iş yerlərinin sayı  85,8%-ə  çatdırılmış, işçilərin  98,3% -i tibbi müayinədən keçirilmişdir.

Əlavə № 1

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 
ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə
2019-cu il üzrə Respublika müsabiqəsinə 
təqdim olunan təşkilatların
SİYAHISI

I. Aviasiya İşçiləri HİRK
1) “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” Beynəlxalq Hava Limanı

II. Avtomobil Nəqliyyatı və 
Yol Təsərrüfatı İşçiləri Hİ
2)  Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyinin “2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC
3) Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyinin “7 №-li magistral Yolları İstismarı” MMC
4) Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyinin “24 №-li Yol İstismarı” MMC
5)  Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyinin “44 №-li Yol İstismarı” MMC
III. Bələdiyyə İşçiləri HİRK
6) Azərbaycan Respublikası Şəki rayonunun Baş Göynük Bələdiyyəsi

IV.  “Baku Stil Kompani” 
MMC İşçiləri HİB
7) “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azərboru” istehsalat sahəsi

V. Dəmiryolçuların 
Müstəqil HİRK
8) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “ADY Ekspress” MMC
9) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İfrastruktur    Departamentinin 7 nömrəli Ağstafa yol sahəsi
10) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İfrastruktur  Departamentinin Qərb İstiqaməti Qazax Xətti stansiyası
VI. Dəniz Nəqliyyatı İşçiləri 
HİRK
11) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı  Səhmdar  Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu

VII. Dövlət İdarələri və İçtimai 
Xidmət İşçiləri HİRK
12) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzi

VIII. Gömrük İşçiləri 
Həmkarlar İB
13) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidməti İdarəsi

IX. “Xidmət-İş”Həmkarlar 
İttifaqları Federasiyası
14) Azərbaycan Respublikası Dövlət Turizm AgentliyininBakı Turizm Peşə Məktəbi Publik Hüquqi Şəxs
15) “Azpetrol LTD” MMC “Sumqayıt-2” Yanacaq Doldurma Məntəqəsi
16) “SALOĞLU” Fərdi Firması
17) “Carlsberq Azerbaijan” MMC

X. Azərbaycan Respublikası 
“İnşaat-İş” Həmkarlar İttifaqı
18) “6-cı Mərtəbə” Şirkəti

XI. “Azərsu” Təsərrüfatı İşçiləri 
Həmkarlar İttifaqı
19) “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsi
20) “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Su Təchizatı İdarəsi
21) “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Pirallahı Sukanal  İdarəsi
22)  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Şəki Sukanal” TSC

XII. “Kənd-Qida-İş” Həmkarlar 
İttifaqı Federasiyası
23) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzi
24) “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsi
25) “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Qusar Suvarma Sistemləri İdarəsi
26) “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Şirvan Kanalının İstismarı İdarəsi
27)  “Azərsun Holdinq” Şirkətlər Qrupunun Mamam Bakery and Chocolate MMC
28)  “Tər-Tər” Fermer Təsərrüfatı MMC
29)  “Şahdağ Fermer Təsərrüfatı” MMC

XIII. Mədəniyyət İşçiləri HİRK
30) Azərbaycan  Respublikası   Mədəniyyət  Nazirliyinin Rəşid Behbudov adına 2 №-li onbirillik Musiqi Məktəbi
31) Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyinin Sumqayıt Dövlət Dram Teatrı

XIV.  Müdafiə Sənayesi İşçiləri 
HİRK
32) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınları Zavodu

XV. Metropoliten İşçiləri 
Həmkarlar İttifaqı
33) “Bakı  Metropoliteni” Qapalı  Səhmdar  Cəmiyyətinin Eskalator Xidməti

XVI. Neft və Qaz Sənayesi 
İşçiləri HİRK
34) SOCAR “Neftqaztikinti” Tresti
35)  SOCAR “Sənaye Təhlükəsizlik” İdarəsi
36)  SOCAR “Təlim, Tədris və Sertifik atlaşdırma” İdarəsi

XVII. Nəqliyyat, Rabitə və 
Yüksək Texnologiya İşçiləri 
HİRK
37) Azərbaycan  Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC-nin 5 saylı Xəzər Rabitə Xidmətləri Mərkəzi
38) Azərbaycan  Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərbaycan Ground Services” MMC

XVIII. Sahibkarlıq, Özəl Elm və 
Yüngül Sənaye  İşçiləri  HİRK
39) “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin “Azəralüminium” MMC

XIX. Səhiyyə İşçiləri HİRK
40) Azərbaycan  Respublikası Səhiyyə Nazirliyinin 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
41) Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin A.H.Kazımov adına 1 saylı Poliklinikası
42) Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 7 saylı Qadın Məsləhətxanası
43) Azərbaycan  Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Klinik Xəstəxanası

XX. Təbii Sərvətlər və Ekologiya 
İşçiləri HİRK
44) Azərbaycan  Respublikası  Ekologiya  və Təbii Sərvətlər Nazirliyi Qızılağac Milli Parkı

XXI. Təhsil İşçiləri Azad HİRK
45) Azərbaycan  Respublikası Təhsil  Nazirliyinin Gəncə şəhəri Vaqif Əliyev adına 12 №-li  orta məktəbi
46) Azərbaycan  Respublikası  Təhsil Nazirliyinin Şirvan şəhəri T.Bağırov adına  11 №-li  tam orta məktəbi
47)  Azərbaycan  Respublikası  Təhsil Nazirliyinin Şəki  İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya
48) Azərbaycan  Respublikası   Təhsil Nazirliyinin İ. Həsənov adına Ismayıllı şəhər 1 №-li tam orta məktəbi
49) Azərbaycan  Respublikası   Təhsil Nazirliyinin Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi

XXII. Yerli Sənaye və Kommunal 
Məişət Müəssisələri İşçiləri 
HİRK
50) Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi