Sağlamlığın sirri


Baxıldı : 37

Tarix : 2017-09-08 17:27:45


Yaponiyada orta ömür həddi 84,5 ildir. Bu ölkədə köklük problemi yoxdur, yaşından asılı olmayaraq hamı arıq və sağlamdır. Bəs, görəsən, buna necə nail olurlar?

Bu sağlamlığın əsasında onların sadəcə həyat tərzlərinə uyğun yaşamasıdır. Yaponiyanın mətbəxi bu ölkənin insanlarının ən böyük şansıdır. Çünki sağlam qidalarla zəngindir. Bizim, sadəcə, pəhriz zamanı yediyimiz qidalar onların gündəlik qida menyusuna daxildir. Balıq, soya, düyü, meyvələr, dəniz yosunları, tərəvəzlər və yaşıl çay bu ölkənin mətbəxində çox önəmli yer tutur. Onlar unlu qidalardan, yağ, qırmızı ət və şirniyyatdan demək olar ki, istifadə etmirlər və dünyada ən çox balıq yeyən xalqlardan biridir.

İdman yaponiyalı insanlar üçün böyük əhəmiyyət kəsb edir. Ölkədəki hər kəs idmanla məşğul olur. Kimi yeriyir, kimi qaçır, kimi də velosiped sürür. Bütün məktəblərində idman zalları var. İdman dərslərinə girmək və aktiv olmaq zəruridir.

Gördüyünüz kimi, uzun və sağlam ömür sürmək hər kəsin öz əlindədir. Siz də sağlam həyat tərzini seçərək uzun illər sağlamlığınızı qoruya bilərsiniz.

Azər MUSTAFAYEV