Sahə Hİ respublika komitələrində


Baxıldı : 187

Tarix : 2015-01-31 04:27:00


Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRKo RK-nın xidməti sahəsinə daxil olan bir neçə şəhər, rayon, birləşmiş və ilk həmkarlar ittifaqı təşkilatında, o cümlədən Lənkəran şəhər, Zaqatala, Quba, Salyan, Qəbələ, Xəzər, Binəqədi rayon, Ştandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi birləşmiş və s. HİK-də plenumlar keçirilmiş, 2014-cü il ərzində görülən işlər barədə sədrlərin hesabatları dinlənilmiş, RK-nın IV Plenumunun qərarları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.Bələdiyyə İşçiləri HİRKo Hİ-nin İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda ittifaqın iş planı, 2015-ci ilin büdcə-smetası təsdiq edilmişdir. Həmçinin iclasda təşkilati məsələ və ABİHİ-də əməyin mühafizəsi üzrə 2014-cü ildə görülən işlər müzakirə olunmuşdur.o ABİHİ-nin Yardımlı Rayon Komitəsində iclas keçirilmişdir. İclasda təşkilatı məsələyə baxılmışdır.o ABİHİ-nin təşkilatçılığı ilə Sumqayıt bələdiyyəsində Hİ-nin üzvü S.Cabbarovun yubileyi münasibətilə tədbir keçirilmişdir.B.RZAYEV