Sahə həmkarlar ittifaqlarında


Baxıldı : 416

Tarix : 2019-04-05 18:32:34


Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi

* Respublika Komitəsinin xidmətində olan təşkilatlarda Novruz süfrəsi açılmış, maddi imkanları məhdud işçilərə bayram sovqatları paylanmışdır. Dəmiryolu klubunda özfəaliyyət kollektivlərinin ifasında teatrlaşdırılmış konsert proqramı nümayiş etdirilmişdir.

* Respublika Komitəsində və struktur təşkilatlarında 1918-ci il mart ayının 31-də ermənilər tərəfindən soyqırıma məruz qalmış azərbaycanlıların xatirəsi anılmışdır.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri

Həmkarlar İttifaqı Respublika Komitəsi

* “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Nəsimi rayonunun Cavadxan küçəsində ağacəkmə aksiyası keçirilmişdir. Küçədə çox sayda ağac və gül kolları basdırılmış və abadlıq işləri aparılmışdır.

 

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

* “Azərikimya” İstehsalat Birliyinin təşkilatlarında istehsalat xəsarəti alan, peşə xəstəliyinə tutulan işçilərə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, atasını və ya anasını itirmiş ailələrə, şəhid ailələrinə, ümumilikdə 500 nəfərə, Novruz sovqatı paylanmışdır.

* Cilov adasında yerləşən “28 May”, “Neft Daşları” neft və qazçıxarma idarələrinin mədəniyyət evlərində Novruz bayramı münasibətilə süfrələr açılmışdır. Sahildən dəvət olunmuş incəsənət ustaları qəhrəman dəniz neftçiləri qarşısında çıxış etmişlər.