Sahə həmkarlar ittifaqlarında 01/02/2020


Baxıldı : 60

Tarix : 2020-01-31 16:11:16


Dövlət İdarələri və İctimai Xidmət   

İşçiləri HİRK

Respublika  Komitəsi Rəyasət Heyətinin  növbəti  iclası keçirilib. İclasda bir çox məsələlər, eləcə də AHİK tərəfindən 2020-ci il üçün ayrılacaq yollayışların bölüşdürülməsi və paylanması sahəsində görüləcək işlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Dəniz

Nəqliyyatı      

İşçiləri HİRK

Xəzər Dəniz Neft Donanmasında Həmkarlar İttifaqı Komitəsi tərəfindən ictimai nəzarətin həyata keçirilməsi məqsədilə yoxlamalar aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.

 

Dəmiryolçuların  Müstəqil       HİRK

Çoxsaylı müraciətlər əsasında Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə bir neçə dəmiryolçunun dəmir yolunda uzunmüddətli xidmətlərə görə mükafat almaq hüququ verən iş stajı bərpa edilib.

 

FHN İşçiləri Hİ

FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Türkiyənin “Memur-Sen” Həmkarlar İttifaqı Təşkilatının dəvəti ilə Ankara şəhərində səfərdə olub. Səfər FHN İşçilərinin Həmkarlar İttifaqı ilə qardaş ölkənin uyğun təşkilatı arasında təcrübə mübadiləsinin aparılması və qarşılıqlı əməkdaşlığın formalaşdırılması məqsədilə reallaşdırılıb. Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı ilə “Memur-Sen” Həmkarlar İttifaqı Təşkilatı arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.

   

Metropoliten İşçiləri Hİ

“İlin peşəkar gənci” və “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı təşkilatı, xidməti” nominasiyaları üzrə namizədlər müzakirə edilərək təsdiq olunub.

 

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Hİ       Federasiyası (Kənd-Qida-İş)

 Federasiyada üzv təşkilatların rəhbərləri üçün illik büdcə hesabatlarının və statistik hesabatların düzgün tərtibi və onların vaxtında təqdim edilməsi məqsədilə qısamüddətli kurslar təşkil edilib.

Sahə üzrə həmkarlar ittifaqı fəallarına səmərəli xidmətləri və yubileyləri münasibətilə Federasiyanın Fəxri fərmanları təqdim olunub.

 

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçilərinin HİRK

Respublika Komitəsinin əməkdaşları Qəbələ rayonunda bir qrup sahibkarın iştirakı ilə  görüş keçiriblər. Görüşdə sahibkarlıq subyektlərində həmkarlar ittifaqlarının yaradılması məsələləri müzakirə edilib.

   

Səhiyyə İşçiləri HİRK

Bakıdakı 1 nömrəli poliklinikada və 7 saylı Qadın Məsləhətxanasında əməyin mühafizəsi üzrə əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinin vəziyyəti yoxlanılıb və praktiki köməklik göstərilib.Bakı şəhər səhiyyə idarə, müəssisə və təşkilatlarında çalışan bir qrup əməkdaşın 3 günlük “Şəfa-Qusar” İstirahət Mərkəzində istirahəti təşkil edilib.