Sahə həmkarlar ittifaqlarında 08/11/2019


Baxıldı : 28

Tarix : 2019-11-08 05:33:36


“Xidmət-İş” Həmkarlar

İttifaqları Federasiyası

Federasiyanın I vitse-prezidenti Sadət Tahirovanın iştirakı ilə “İlin peşəkar gənci” müsabiqəsinə təqdim olunacaq işçilərin müəyyənləşdirilməsinə həsr olunmuş iclas keçirilmişdir. Adları gənclər şurası və müvafiq həmkarlar ittifaqı komitələri tərəfindən məsləhət görülmüş Azərbaycan Milli Kulinariya Mərkəzinin baş mühəndis-texnoloqu Leyla Kərimlinin, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidməti şöbəsinin rəhbəri Tamerlan Əkbərovun və “Aqrar Tədarük və Təchizat” ASC-nin Büdcə hesabatlı və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi İsmət Qədirovun əməkdə və ictimai işlərdə qazandığı uğurlar, peşəkarlıq xüsusiyyətləri barədə məlumat dinlənilmişdir. Fikir mübadiləsindən sonra yekdilliklə bu gənclərin Respublika müsabiqəsində iştirakı məqbul sayılmışdır.

***

Beynəlxalq Kulinariya Günü münasibətilə Müdafiə Nazirliyi, Dövlət Turizm Agentliyi, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin “Qayıdış” parkında bayram təşkil olunmuşdur. Tədbirdə “Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov da iştirak etmişdir.

***

Federasiyanın baş texniki əmək müfəttişi Tofiq Hüseynov “Sağlam və təhlükəsiz əmək  şəraitinin yaradılması üzrə  2019-cu ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsində iştirak edən “Bakı turizm peşə məktəbi”ndə və “Azpetrol LTD” MMC , “Sumqayıt  2” benzindoldurma məntəqəsində mövcud iş şəraiti, əməyin mühafizəsi qaydalarının tətbiqi vəziyyəti ilə tanış olmuş, tövsiyələrini vermişdir.  Yoxlamada müvafiq təşkilatların həmkarlar ittifaqı komitələrinin sədrləri də iştirak etmişlər.

***

“Azərsu” Təsərrüfatı İşçiləri

Həmkarlar İttifaqı Respublika Komitəsi

Dövlət Müstəqilliyi Günü Respublika Komitəsində və üzv təşkilatlarda qeyd olunmuşdur. Bu münasibətlə keçirilən dəyirmi masalarda müstəqilliyimiz uğrunda mübarizədə fədakarlıq göstərmiş oğul və qızlarımız xatırlanmış, dövlətçiliyimizin bərpasında, inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri yüksək qiymətləndirilmişdir.

Deyilmişdir ki, bu gün Azərbaycan Respublikası Pezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutmaqdadır. Dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə su təsərrüfatı işçiləri də peşə borcunu fədakarlıqla yerinə yetirirlər.

***

Sahə Hİ işçilərin layiqli əməklə təmin olunmasını fəaliyyətinin əsas hədəflərindən sayır. Məhz bu məqsədlə təşkilatın müvafiq şöbəsinin əməkdaşları yerlərdə əməyin mühafizəsi və sağlamlığın qorunması, sağlam, təhlükəsiz iş şəraitinin yaradılması üzrə reydlər keçirirlər. Aşkara çıxarılmış nöqsanların operativ həllinə nail olur və tövsiyələrini verirlər.