Sahibkarlığa 20 milyon dollar kredit veriləcək


Baxıldı : 268

Tarix : 2015-02-07 13:00:00


Avropa Maliyyə Fondu (EFSE) Azərbaycanda kiçik sahibkarlığa mikrokreditlər verəcək. Vəsaitlərin verilməsi Fondun ölkəmizdəki müvəkkil bank təşkilatı olan \ AccessBank\ ın xətti ilə həyata keçiriləcək. 20 milyon dollar həcmində olan kredit tranşı regionlarda, əsasən də kənd rayonlarında yaşayan sahibkarların kiçik müəssisələrinin maliyyələşdirilməsi üçün xərclənəcək. \ AccessBank\ ın İdarə Heyətinin sədri Mixail Hofman bildirib ki, yeni kredit layihəsi çərçivəsində ən azı 6000 sahibkar öz biznesini inkişaf etdirəcək. Bu isə regionlarda kiçik müəssisələrin yaradılmasına, ölkədə sahibkarlığın və regionların inkişafına öz töhvəsini verəcək. Avropa Maliyyə Fondunun rəhbəri Monika Bek isə bildirib ki, qurumun əsas strategiyası mikro- kiçik və orta müəssisələrin uğurlu inkişafına dəstək olmaq, investisiya fəaliyyətini maliyyələşdirməkdir. Fond tərəfdaş olan kredit təşkilatlarının əməliyyat imkanlarını artırmaq və peşəkar idarəçiliyi təmin etmək məqsədi ilə, bu yolla onlara texniki yardım göstərir və eyni zamanda, məsləhət və treninq xidmətləri ilə də təmin edir.Bu məqsədlə Avropa Bankı Azərbaycanda rəqabətqabiliyyətli bazarların inkişaf etdirilməsi naminə dövlət və özəl sektorun iştirakı ilə birgə layihənin həyata keçirilməsini planlaşdırır. Layihə əsas etibarilə özəl müəssisələrin inkişaf etdirilməsinə yardım mexanizminin təkmilləşdirilməsi, xüsusilə də kiçik və orta sahibkarlıq sektoruna diqqətin gücləndirilməsi üçün maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasını nəzərdə tutur. Təşkilat layihə çərçivəsində birbaşa özəl sektora investisiyaların qoyulmasının maliyyələşdirilməsi, kapitalın beynəlxalq maliyyə bazarlarına istiqamətləndirilməsi və şirkətlərə və hökumətlərə məsləhət xidmətlərinin göstərilməsini həyata keçirəcək. Korporasiya ölkəmizdə kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirir. Bununla yanaşı, qarşı tərəf kimi Azərbaycanın maliyyə institutlarının bu prosesdə fəal rolunu artırmaq üçün institusional islahatların davam etdirilməsi təklif olunur.ELBRUS