Sahibkarlar üçün Qaynar xətt\ yaradılıb


Baxıldı : 242

Tarix : 2015-10-23 02:26:00


İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) sahibkarlara süni maneələrin yaradılması halları barədə məlumatların çatdırılması və buna qarşı operativ tədbirlərin görülməsi məqsədilə \ Qaynar xətt\ yaradıb. Nazirlik sahibkarlıq subyektlərinə məlumat verib ki, belə hallar olarsa, dərhal müraciət etsinlər. \ Qaynar xətt\ ə daxil olan müraciətlər gün ərzində araşdırılaraq müvafiq qurumların iştirakı ilə aidiyyəti üzrə tədbirlər görüləcək. Xüsusilə də sahibkarların fəaliyyətinə müdaxilə edən, yoxlamalar aparmaq istəyən, onların istehsal və satış obyektlərinə daxil olaraq maneələr yaradan dövlət və ictimai qurumların nümayəndələrinin əməlləri barədə ölçü götürüləcək. İSN lazım gələrsə bu məsələ barədə hüquq-mühafizə orqanlarının köməyindən də istifadə edəcək.Xatırladaq ki, dövlət başçısının tapşırığına uyğun olaraq hökumət tərəfindən hazırlanmış yeni qaydalara əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılacaq. Həmin müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılacaq. Bununla yanaşı, sahibkarlardan lisenziya və digər razılıq tələb edən sənədlərin əldə edilməsi zamanı dövlət rüsumu istisna olmaqla, sahibkarlardan əlavə pul istənilməsi hallarına qarşı da mübarizə aparılacaq. Sahibkarlar hansısa fəaliyyət növü üzrə müəyyən edilmiş dövlət rüsumunu \ ASAN xidmət\ ə ödəyəcəklər, bununla da onlardan əlavə hansısa məbləğ tələb olunmasının qarşısı alınacaq. Əgər müvafiq icra qurumu lisenziya və digər sənədlərlə bağlı sahibkarı incidərsə, sahibkarın \ Qaynar xətt\ ə müraciəti əsasında həmin idarənin əməkdaşı barədə ölçü götürüləcək. ELBRUS