Sahibkarlara qarşı gözyaşardıcı qazdan istifadə edilib


Baxıldı : 68

Tarix : 2020-05-22 06:47:17


Polşanın paytaxtı Varşavada dövlət tərəfindən sahibkarlığı dəstəkləmək üçün iqtisadi tədbirlərin görülməməsindən narazı qalan kiçik və orta sahibkarlıq nümayəndələrinin etiraz aksiyası keçirilmişdir. Hüquq-mühafizə orqanlarının əməkdaşları Qala meydanında sahibkarların etiraz aksiyasının iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Bu barədə Tvitter sosial şəbəkəsində Varşava Polis Komendaturasının rəsmi səhifəsində məlumat verilir. Bildirilir ki, etirazçılar polislərə qarşı aqressiv davrandıqlarına görə, onlara qarşı bu addımı atıblar. Asayiş keşikçiləri mitinq iştirakçılarına aksiyanın keçirilməsinin qeyri-qanuni olduğunu bildirərək dağılmağa çağırıblar.

Aksiya iştirakçıları Polşa hökumətindən koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər zamanı dəymiş ziyana görə maliyyə dəstəyi və kompensasiya verilməsini tələb ediblər.

Azər MUSTAFAYEV