Şahmat birinciliyi keçirilib


Baxıldı : 106

Tarix : 2017-05-05 22:27:38


İsmayıllı rayonunun ümumtəhsil müəssisələrinin müəllimləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat yarışı başa çatıb. Maraqlı keçən yarışda şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Cahangir Niftalıyev I yeri, şəhər 5 nömrəli  tam orta məktəbin müəllimi Arif Mirzəyev II yeri, şəhər 3 nömrəli məktəb-liseyin müəllimi, təhsil veteranı Məmmədmirzə Rzayev  III yeri, şəhər 5 nömrəli  tam orta  məktəbin müəllimi Namiq Qasımov  IV yeri tutublar.

Qaliblərə İsmayıllı Rayon Təhsil Şöbəsinin və TİAHİ Rayon Komitəsinin diplomu və pul mükafatı təqdim olunub. 

Azər MUSTAFAYEV