Şahmat turniri keçirilib


Baxıldı : 158

Tarix : 2019-06-07 13:03:25


Ümummilli lider Heydər Əliyevin anadan olmasının  96-cı  ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları arasında şahmat turniri keçirilib. Yarış Xidmətin Həmkarlar İttifaqı Komitəsi və Bakı Şəhər Gənclər və  İdman  Baş İdarəsi ilə birgə təşkil olunub. Şahmat turnirində DMX-nin müxtəlif struktur bölmələrindən 15 miqrasiya əməkdaşı iştirak edib.

Dairəvi sistem üzrə keçirilən yarışların qalibi Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov olub. Şəki regional miqrasiya idarəsinin baş mütəxəssisi Vüsal Babayev II, Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Füzuli Cəbrayllı isə III yerə layiq görülüb.

DMX-nin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev və Bakı Şəhər Gənclər və  İdman  Baş İdarəsinin rəisi Raqif Abbasov qalib və mükafatçıları təltif ediblər.