Şahmat üzrə rayon birinciliyi


Baxıldı : 110

Tarix : 2017-04-29 00:01:15


Aprelin 11-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müəllimlər arasında şahmat üzrə rayon birinciliyi keçirib.Yarışda I yerə şəhər 2 saylı tam orta məktəbin müəllimi Yaşar Məmmədov, II yerə Meysəri kənd tam orta məktəbin müəllimi Sabir Ağayev, III yerə şəhər 10 saylı tam orta məktəbin təşkilatçı müavini Kabuz Əliyev layiq görülüblər.

Sonda qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.

Azər Mustafayev