Şahmat üzrə çempionat keçirilib


Baxıldı : 76

Tarix : 2019-02-04 04:32:40


Yanvarın 21-25-də  Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının və İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 22 komandanın 100-ə yaxın əməkdaşı iştirak edib.

Beynəlxalq dərəcəli baş hakim Nurəli Məmmədzadə tərəfindən idarə olunan turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar  və əməkdaşlar müəyyən olunub. Komanda hesabında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. İkinci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, üçüncü yerə isə FHN Akademiyasının komandası layiq görülüb.

Şəxsi yarışlarda birinci yeri Vüqar Cəbiyev (Böhran Vəziyyətlərində İdarə etmə Mərkəzi), ikinci yeri Soltan Əzimov (Mülkü Müdafiə Qoşunları), üçüncü yeri isə Ramil Nəcəfov (Qarabağ Regional Mərkəzi) qazanıb.

Tədbirdə FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Nazirliyin İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək ölkədə idmana yüksək səviyyədə dövlət qayğısı göstərildiyini vurğulayıblar. Çempionatda fərqlənənləri təbrik ediblər.  Sonda qaliblər  diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.