“Şahmat və Dama” İdman Klubunun yetirmələri uğurla yarışırlar


Baxıldı : 39

Tarix : 2019-08-09 17:36:14


Avqustun 1-dən 11-dək Slovakiyanın paytaxtı Bratislavada yeniyetmələr arasında şahmat üzrə Avropa Birinciliyi keçirilir. Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. Müxtəlif yaş qrupunda çıxış edən Azərbaycan komandası yarışda 30 şahmatçı ilə təmsil olunub. Yarışda ölkəmizi təmsil edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin “Şahmat və Dama” İdman Klubunun yetirmələri də uğurla iştirak edirlər.

8 yaşlı qızlar arasında Dinarə Hüseynova (məşqçisi Elçin Əsədov) maksimum xal toplayaraq turnir cədvəlində liderliyini davam etdirir. Digər təmsilçilərimiz 12 yaşlı oğlanlar arasında Read Səmədov (ilk məşqçisi - respublikanın əməkdar məşqçisi Xanlar Allahverdiyev), 10 yaşlı oğlanlar arasında Cahandar Azadəliyev (məşqçisi-birinci kateqoriyalı məşqçi Valeriy Şilyayev)  liderlər qrupunda mübarizə aparırlar. Gövhər Beydullayeva da (ilk məşqçisi - respublikanın əməkdar məşqçisi Xanlar Allahverdiyev) 18 yaşlı qızlar arasında maksimum nəticə göstərməyə çalışır.