“Şahmat və Dama” İdman Klubunun yetirməsi dünya ikincisi olub


Baxıldı : 53

Tarix : 2018-11-23 21:13:51


İspaniyanın Santyaqo-de-Kompostela şəhərində 8, 10, 12 yaşadək qızlar və oğlanlar arasında şahmat üzrə Dünya çempionatına yekun vurulub. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə daxil olan “Şahmat və Dama” İdman Klubunun yetirməsi Cahandar Azadəliyev (məşqçisi Valeriy Şilyayev) bu yarışda uğurlu çıxışı ilə ona olan ümidi bir daha doğruldub. O, 8 yaşadək oğlanlar  arasında  Dünya  çempionatının gümüş medalını qazanıb. Cahandar keçirdiyi görüşlərdə 9 xal toplamaqla bu nəticəni əldə edib.

Qeyd edək ki, o, bir müddət əvvəl Riqada keçirilmiş şahmat üzrə yarışda Avropa çempionu olub.

Klubun digər yetirməsi Read Səmədov  (məşqçisi Xanlar Allahverdiyev) isə 12 yaşlılar arasında 7 xalla 10-cu yerə çıxıb.