Şalğam suyu nəyə xeyirdir


Baxıldı : 59

Tarix : 2019-10-28 04:43:27


Məşhur Türkiyəli doktor, dietoloq Ender Saraç şalğam suyunun həm xərçəngdən qoruduğunu, həm də ürək-damar sisteminin sağlamlığı üçün faydalı olduğunu söyləyib.

Doktor Saraç şalğam suyunun özündə ehtiva edən A, B və C vitaminlərinin dəri üçün çox faydalı bir xüsusiyyətə sahib olduğunu da bildirib. Bundan əlavə, şalğam suyu qan əmələ gətirən təsirə malikdir.

Qışda hər gün şalğam suyuna bol limon sıxaraq bir stəkan içmək tövsiyə edilib. Doktor həmçinin şalğam suyunun qan təzyiqini saldığını və uzunmüddətli istifadədə ürək-damar sağlamlığı üçün çox güclü bir antioksidant olduğunu qeyd edib: “Hər ikisi xərçəngdən qoruyur və ürək-damar sağlamlığı üçün çox faydalıdır. Bu təsirlərə əlavə olaraq, şalğam suyunun tərkibində asit turşusu da var, bu da həzmini asanlaşdırır. Şalğam suyu göz üçün çox faydalıdır”.