Samboçular qalib gəliblər


Baxıldı : 152

Tarix : 2018-03-02 21:00:43


Hövsan Olimpiya İdman Mərkəzində 2005-2006-cı il təvəllüdlü idmançılar arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilib. Birincilikdə 13 çəki dərəcəsi üzrə 148 nəfər idmançı mübarizə aparıb.

Yekun nəticəyə əsasən, “Pəhləvan” İdman Klubunun yetirmələri Qəzənfər Kazımlı (35 kq.) və Mircəlal Əhmədov (57 kq.) birinci yerə layiq görülüblər.

Azər MUSTAFAYEV