Sanatoriyaya yollayış hədiyyə edildi


Baxıldı : 123

Tarix : 2018-05-12 04:08:13


Alman faşizmi üzərində qələbənin 73-ci ildönümü ərəfəsində  Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) İcraiyyə Komitəsində “Nərimanov” elektrik deposunun keçmiş işçisi Suliddin Quliyevlə görüş keçirilib. MİHİ sədrinin müavini Əlisəfa Bağırov “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun və həmkarlar ittifaqı təşkilatının sədri Arif Mərdanovun səmimi təbriklərini qonağa çatdırıb. 

Suliddin Quliyev hərbi xidmət illərindən, metropolitendə çalışdığı dövrdən yaddaqalan hadisələri xatırladı və ona göstərilən diqqətə görə metropolien idarəsi  və metropoliten işçiləri həmkarlar ittifaqının rəhbərliynə minnətdarlığını bildirdi. Ötən il bu vaxtı MİHİ-nin nümayəndə heyəti S. Quliyevi evində ziyarət etmişdi. O vaxt veteran müalicəyə ehtiyacı olduğunu bildirmişdi . Həmkarlar ittifaqı təşkilatı da onu “Günəşli” sanatoriyasına pulsuz yollayışla təmin etmişdi.

Budəfəki görüşdə də MİHİ-nin hədiyyəsi “Günəşli”yə yollayış oldu. S.Quliyev bu diqqət və qayğıya görə metropoliten və MİHİ rəhbərilyinə, metropolitençilərin bütün kollektivinə dərin minnətdarlığını bildirdi.