Sarı gəlin\ böyük maraq doğurdu


Baxıldı : 212

Tarix : 2016-07-23 00:53:00


Ənənəvi olaraq hər il yay aylarında Tayvanın şimal-şərqində yerləşən Yi-lan dairəsinin Dong-Shan River Chin-shue Park mərkəzində \ Yi-lan Beyəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016\ keçirilir.Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Sektorundan verilən məlumata görə, Sinshuy çayının sahilində təşkil olunan bu festival müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilə də uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.İyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 saylı Musiqi Məktəbi və V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdlərindən ibarət birləşmiş \ Aysel-Buta\ Folklor Qrupunun üzvləri təmsil edir.ABŞ, Kanada, Rusiya, Yaponiya, Meksika, Filippin, İndoneziya, Koreya, Tayland, İran, Hindistan, Slovakiya, Arqentina, Braziliya, Venesuela, Kolumbiya, Gürcüstan və s. ölkələrdən gələn müxtəlif kollektivlərlə yanaşı, Azərbaycanın \ Aysel-Buta\ Folklor Qrupunun çıxışları, milli rəqsələrimizin və xüsusilə də \ Sarı gəlin\ mahnısının ifası xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb.Festival həmçinin ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə milli musiqi alətlərinin, rəqslərinin və milli geyimlərinin nümayişi üçün əlverişli fürsət yaradıb.Qeyd edək ki, avqustun 15-dək davam edəcək festival çıxışlarla yanaşı, iştirakçı ölkələrin Tayvanın mədəni həyatı ilə tanış olması üçün yerli ekskursiya və qrup gəzintiləri kimi bir sıra mədəni tədbirlərin təşkilini də nəzərdə tutub.Cavid SƏFƏROV