Əsas makroiqtisadi hədəflər


Baxıldı : 204

Tarix : 2016-01-09 04:53:00


Azərbaycan hökuməti 2016-cı ildə milli iqtisadiyyatın \ yenidən balanslaşdırılması,\ özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə (\ təklif iqtisadiyyatı\ ) keçidin sürətlənməsini iqtisadi siyasətin əsas hədəfi elan edib. Yeni başladığımız ildə milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amillər, ortamüddətli proqnozlar nəzərə alınmaqla həyata keçiriləcək. Hökumət başlıca amil kimi maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Mərkəzi Bankla (MB) birgə addımlar atmağı planlaşdırır. Devalvasiya risklərinin təzyiqlərini azaltmağa çalışan MB isə cari ildə məzənnə siyasətini \ üzən məzənnə rejimi\ nin tələblərinə uyğun tənzimləyəcək. Eyni zamanda digər hökumət qurumları, iqtisadi strukturlarla birgə valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş əlavə tədbirlərin də görülməsi nəzərdə tutulur. İstər valyuta, istərsə də maliyyə sisteminin dayanıqlığı əsas iqtisadi mənbə olan neftin qiymət dəyişkənliyinə bağlı olduğundan hökumət yanacağın dünya bazar qiymətinə uyğun adekvat addımlar atmaq məcburiyyətində qalacaq. Belə ki, neftin 30 ABŞ dolları qiymətinə düşməsi perspektivləri nəzərə alınmaqla makroiqtisadi siyasətin yeni şəraitə adaptasiyası təmin ediləcək. Manatın formalaşmış yeni əlverişli məzənnəsi neftin daha aşağı qiymətində belə idxalın əhəmiyyətli azalmasını və yerli istehsalla əvəzlənməsini, qeyri-neft ixrac potensialının reallaşmasını təmin etməklə tədiyə balansının tarazlaşmasına, habelə strateji valyuta ehtiyatlarının qorunub saxlanması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu tədbirlər həyata keçirilərkən iqtisadiyyatın \ qan damarı\ hesab olunan bankların hazırkı maliyyə-valyuta sıxıntıları da nəzərə alınacaq, bank sektorunda maliyyə sabitliyinin qorunması əsas hədəflərdən olacaq. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görüləcək.ELBRUS