Satışda mənbəyi bilinməyən yağ məhsulları var


Baxıldı : 164

Tarix : 2016-02-19 04:52:00


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, vətəndaşlar məhsul alarkən ehtiyatlı olmalıdırlar: \ Yeni Zelandiyadan 20 ölkəyə məhsul ixrac olunur. Bu ölkənin iqtisadiyyat nazirinin nümayəndəsi mənə məlumat verdi ki, Yeni Zelandiyada istifadə olunan süd məhsullarının 80-90%-i xarici ölkələrə ixrac olunur. Ölkədə heyvan südündən AMF deyilən bir yağ da sintez olunur. Həmin yağ 100% suyu çəkilmiş yağdır.Bu yağ hazır şəkildə bir çox ölkələrə ixrac olunur və həmin ölkələrdə ona qatqı qatılaraq yenidən yağ istehsal edilir. AMF məhsulları Azərbaycana da göndərilir və satışa çıxarılır\ .E.Hüseynovun sözlərinə görə, yağ hazırlanarkən süd pasterize olunur, seperatorda qaymaq ayrilir (qaymaqda 40% yaglılıq olur), sonra qaymaq soyudulur, xüsusi çənlərdə bir neçə saat saxlanılır ki, kristallaşma olsun: \ Sonra qaymaq nehrəyə öturulur və burada yağ alınır, yağ qablaşmaya gedəndə xüsusi vakum aparatından keçir ki, tərkibindəki hava qabarıqları tam çıxarılsın. Burada AMF-dən istifadə olunur (Anhydrous tərkibində su olmayan süd- Milk yağı- FAT deməkdir). Bu, qaymaqdan alınır və tərkibində yağlılıq 99.9 % təşkil edir. Burada nehrə üsulundan deyil, daha çox mürəkkəb kimyəvi üsuldan istifadə edilir. Westland Milk Products zavodunda süddən alınan qaymaq yağ istehsalına gedir. Mövsümün süd yığımının pik həddində zavoda gündə 5 milyon litr süd daşınır. Bu zaman yağ nehrəsi tam gücü ilə çalışır və artıq qalan qaymaq AMF-ə çevrilir\ .E.Hüseynov bildirib ki, Azərbaycanda Zelandiya yağı adı ilə mənbəyi bilinməyən yağ məhsulları satışa çıxarılır. Həmin məhsulların harada və hansı şəraitdə hazırlanması məlum deyil: \ Bazarda saxta \ Ankor\ yağları var idi. Araşdırma zamanı məlum oldu ki, həmin yağlar Yeni Zelandiyada yox, Gürcüstanda istehsal olunub\ .Azər MUSTAFAYEV