Sazişin verdiyi imkanlardan bəhrələndilər


Baxıldı : 176

Tarix : 2015-01-31 04:35:00


\ Azərbaycan Meliorasiya və Su Təsərrüfatı\ Açıq Səhmdar Cəmiyyəti ilə Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası arasında 2012-2014-cü illər üçün bağlanmış Tarif Sazişi artıq öz missiyasını başa vurdu. Bu saziş sahə işçilərinin sosial, iqtisadi və əmək münasibətlərinin tənzimlənməsi sahəsində əhəmiyyətli rol oynadı. Götürülmüş öhdəliklərin vaxtında, dəqiq yerinə yetirilməsi nəticəsində işçilərin rifah halı, ixtisas səviyyəsi xeyli yüksəldi. Müəyyən kateqoriyalı işçilərin vəzifə maaşları artırıldı və sair. Bu inkişaf bizim təsərrüfatda da özünü büruzə verdi. İstər rayon komitəsi, istərsə də ilk təşkilatlar normativ müqavilələr bağlayarkən tarif sazişinin verdiyi imkanlardan bəhrələndilər. Biz kollektiv müqavilələrdə üzvlərimiz üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş sosial hüquqlardan da üstün güzəştlər əldə edə bildik. Tərəfdaşlarımızın maliyyə ayırmalarından da istifadə etməklə genişmiqyaslı tədbirlər həyata keçirdik. Məsələn, dövlət, milli, dini bayramları, digər əlamətdar günləri təntənəli qeyd etdik. İşdə ictimai işlərdə fərqlənən yubiley yaşına çatmış üzvlərimizi nağd pul və ya qiymətli hədiyyələrlə mükafatlandırdıq. İdarə və müəssisələrimiz kollektiv müqavilələrin şərtlərinə uyğun maraq gəlirləri müqabilində əməkhaqqını artırdı. Yeni iş yerləri açıldı. İxtisarlar minimum həddə yendirildi. Kadrların peşə hazırlığının qayğısına qalındı.Kollektiv müqaviləyə gender bərabərliyi ilə əlaqədar mühüm öhdəliklər salınmışdı. Bəri başdan deyim ki, müdiriyyət bu öhdəliklərə formal yanaşmadı. Komitəmizin ciddi nəzarəti altında razılaşdırılmış öhdəliklər işdə öz əksini tapdı. İl ərzində gender bərabərliyinin pozulmasına dair bir dənə də olsa pozuntu qeydə alınmadı. Müəssisə və təşkilatlarda qadınların sağlamlığının mühafizəsi diqqətdə saxlanılır. Hamilə və yaşyarımadək uşağı olan qadınlar nisbətən yüngül işə keçirilib. Onlar qısaldılmış iş rejimində çalışırlar. Əlavə məzuniyyətlər alırlar.Sağlam, təhlükəsiz əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısını almaq üçün hər il tədbirlər planı hazırlanıb təsdiqlənir. Tədbirlər planının dəqiq icrasının nəticəsidir ki, 2012-2014-cü illərdə istehsalatda heç bir bədbəxt hadisə baş verməmişdir.İşçilər üçün təhlükəsiz iş şəraiti yaradılıb. Onlar vaxtında tibbi müayinədən keçirilirlər, xüsusi geyimlərlə təmin olunurlar və s.Əlbəttə, biz bütün bunlara sahə Hİ Respublika Komitəsinin əməli və metodiki köməyi sayəsində nail olmuşuq.Hüseyn ƏMİRLİ,\ Kənd-Qida-İş\ Hİ Masallı Rayon Komitəsinin sədri